2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qazaxıstan bankı Rusiyanın Mir kartından istifadəni dayandırır

Halık Bank sentyabrın 21-də Rusiyanın İzvestiya qəzetinə bildirib ki, bu bankın terminallarında Mir kartlarından istifadə mümkün olmayacaq

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanın ən böyük bankı Halık Bank ABŞ Maliyyə Nazirliyinin sanksiya xəbərdarlığından sonra Rusiyanın Mir ödəniş kartlarından istifadəni dayandırıb.

Vaşinqton xəbərdarlıq etmişdi ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkə və şirkətlərə də sanksiyalar qoyulacaq.

Vyetnamın BIDV bankı da Mir kartlarından istifadəıni dayandırıb.

Halık Bank sentyabrın 21-də Rusiyanın İzvestiya qəzetinə bildirib ki, bu bankın terminallarında Mir kartlarından istifadə mümkün olmayacaq.

BIDV bank da İzvestiya qəzetinə eyni informasiyanı verib.

İki həftə əvvəl Türkiyənin İşbank və DenizBank bankları Mir kartları ilə bankomatlardan pul çıxarılmasını bloklamışdı.

Rusiya Ukraynaya müdaxilədən sonra bildirmişdi ki, onun Mir ödəniş sistemi Rusiyaya dost ölkələrdə işləyəcək.

Sentyabrın 20-də Reuters adları çəkilməyən iki ABŞ administrasiya rəsmisinə istinadən yazırdı rəsmilər İşbank və DenizBankın Mir ödəniş sistemindən imtinasını “ağıllı addım” adlandırıblar.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button