2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qazaxıstan Beynəlxalq Banka yatırılan pulun qaytarılmasına çalışır

Abbas İbrahimov: ”Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir”

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankına (ABB) 250  milyon dollar pensiya pulunun yatırılması faktının araşdırılmasına başlayacaq. 

“Turan”-ın məlumatına görə, bu barədə mayın 24-də Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev bildirib.

“Daxili yoxlamadan sonra materiallar hüquqi rəy verilməsi üçün müvafiq orqanlara göndəriləcək”, – o qeyd edib.

D.Akişevin sözlərinə görə, ABB-nin 250 milyon dollar məbləğində borc qiymətli kağızları 2014-cü ilin oktyabrında alınıb.

Alqı haqqında qərarı Mərkəzi Bankın o zamankı rəhbəri Kayrat Kelimbetov qəbul edib.

Milli Bank neqativ nəticələrin minimallaşdırılması üçün maksimum səy göstərəcək və əmanətçilərin maraqlarının qorunması məqsədilə ABB ilə danışıqlar aparacaq. Vəziyyət barədə prezident Nazarbayevə məlumat veriləcək.

Ötən gün ABB bildirib ki, 3,3 milyard dollarlıq borcla bağlı restrukturizasiya prosesini avqustun sonunadək başa çatdırmağa ümid edir. Əsas kreditora üç variant təklif ediləcək. Birinci variant 12 il müddətinə üç mərhələdə ödənilməklə suveren borcla əvəzlənməni nəzərdə tutur.

İkinci variant 15 illik istiqrazlarla birin birə əvəzlənməsini, üçüncüsü borcun nominal üzrə ABB-nin yeni 3,5%-li 7 illik bondları ilə əvəzlənməsini nəzərdə tutur.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti sədrinin birinci müavini Abbas İbrahimov isə mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilən görüşə münasibət bildirib.

 O, “APA-Economics”-ə deyib ki, görüş gözlənildiyindən də konstruktiv keçib. Onun sözlərinə görə, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək.

 

Abbas İbrahimov
Abbas İbrahimov.

Bu görüşdən sonra yaxın günlərdə hansı gözləntilərin olmasına gəlincə, A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir: 

“Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bugünlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir”.

Onun sözlərinə görə, restrukturizasiya prosesi ABB-nin maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq. 

“Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, Azərbaycan Beynəlxalq Bankının uğurlarına, stabil inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir. Biz restrukturizasiya prosesinin uğurla başa çatacağına tam əminik. Azərbaycan Beynəlxalq Bankı bu proses nəticəsində əvvəlkindən də yüksək maliyyə mövqeyinə malik olacaq”, – deyə A.İbrahimov qeyd edib.

 O, bildirib ki, restruktirizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək. ABB öz müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcək.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button