2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qazaxıstan Beynəlxalq bankdakı pullarını qaytarmaq niyyətindədir

Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankına (ABB) 250 milyon dollar məbləğində pensiya pulunun yatırılması faktının araşdırılmasına başlayacaq.

Bu barədə Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Daxili yoxlamadan sonra materiallar hüquqi rəy verilməsi üçün müvafiq orqanlara göndəriləcək”, – o vurğulayıb.

D.Akişevin sözlərinə görə, ABB-yə 250 milyon dollar 2014-cü ilin oktyabrında yatırılıb

Qiymətli kağızların alınması haqqında qərarı Mərkəzi Bankın o zamankı rəhbəri Kayrat Kelimbetov qəbul edib.

“Milli Bank neqativ nəticələrin minimuma endirilməsi üçün maksimum səy göstərəcək və əmanətçilərin maraqlarının qorunması məqsədilə ABB ilə danışıqlar aparacaq. Vəziyyət barədə prezident Nazarbayevə məlumat veriləcək”, o, bildirib.

Bir gün əvvəl, yanvarın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda ABB-nın xarici kreditorları ilə görüş keçirilib. Görüşdə maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və bankın İdarə Heyətinin sədri Xalid Əhədov iştirak edib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. İkinci variant 15 illik istiqrazlarla birin birə əvəzlənməsini, üçüncüsü isə borcun nominal üzrə ABB-nin yeni 3,5 faizli 7 illik bondları ilə əvəzlənməsini nəzərdə tutur.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Bundan sonra bank ətrafında bir sıra qalmaqallar üzə çıxmağa başlayıb. Onlardan biri də Qazaxıstan pensiyaçılarının bu bankda yatırılan 250 milyon dollarlıq pullarının “qaytarılmama” təhlükəsinin üzə çıxmasıdır.

Verilən məlumata görə, ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button