2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qazaxıstan məktəbində balta və bıçaqla hücum

Qazaxıstanın şimalındakı Petropavlovsk şəhərinin 4 nömrəli məktəbində 9-cu sinif şagirdi məktəblilərə hücum edib.

Saytların yığılması Saytlarin yigilmasi

Şimali Qazaxıstan vilayətinin prokurorluğu bildirir ki, şəhər polisi qətlə qəsd ittihamı ilə cinayət işi açıb.

Şəhərdəki daha iki məktəbin şagirdləri evakuasiya edilib.

Bu da xəbər verilir ki, məktəblilərə hücum edən şagird psixiatrik qeydiyyatda olub.

Bütün xəsarət alanlar vilayətdəki uşaq klinikasına yerləşdirilib və onlardan heç biri huşunu itirməyib.

“Петропавловск.news” saytı yazır ki, sözü gedən şagird məktəbə bıçaq və balta gətiribmiş.

Şahidlərin sosial media şəbəkəsində yazdıqları postlarda deyilir ki, həmin şagird ikinci mərtəbədə ayaqyoluna daxil olub, orada əynini dəyişib və maska taxıb.

O ayaqyolundan çıxan kimi əvvəlcə bir məktəbli qızı, sonra isə 9-10-cu siniflərdə oxuyan iki şagirdi yaralayıb.

O bunun ardınca üstü qan içində birinci mərtəbəyə qaçıb.

Videokameralar və həyəcan düyməsi

Şimali Qazaxıstan vilayəti təhsil idarəsinin başçısı Nazir Jaşibekov deyib ki, bu məktəbə daxil olan məktəblilərin üzərində axtarış aparılmır.

O Kazinform agentliyinə deyib:

“Uşaqların durumu sabitdir. Onların çantalarında axtarış aparılmır. Həmin şagird ayaqyoluna girib və oradan əllərində balta və bıçaqla çıxıb. Bundan başqa heç bir məlumat verilmir”.

Bu da xəbər verilir ki, hazırda məktəbdə dərslər dayandırılıb. Orada müstəntiqülər qrupu işləyir.

Qazaxıstanın Maarif Nazirliyi hadisədən dərhal sonra komissiya yaradıldığını elan edib.

Nazirliyin məlumatında deyilir:

“Qeyd edək ki, təhlükəsizliyin təmin edilməsi üçün məktəbdə müşahidə kameraları qoyulub və həyəcan düymələri yerləşdirilib. Hadisənin necə baş verməsi araşdırılır. Bununla yanaşı Qazaxıstanın bütün vilayətlərində maarif idarələrinə bütün məktəblərdə təhlükəsizlik tədbirlərinin keçirilməsi tapşırılıb”.

Kütləvi təxliyələr

Hüquq-mühafizə əməkdaşları fevralın 13-də bildiriblər ki, Petropavlovsk şəhərindəki daha iki məktəbin şagirdləri təxliyə olunub.

24 saat” “
Qazaxıstan məktəbində balta və bıçaqla hücum
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button