Loading...
Loading...
Xəbərlər

Qazaxıstan prezidenti 44 günlük müharibədə qələbənin ildönümü münasibətilə Azərbaycanı təbrik edib

Bakı/07.11.21 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayram münasibətilə prezident İlham Əliyevı və Azərbaycan xalqını təbrik edib.

“Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılıb.

İnanıram ki, Azərbaycan sizin gülcü rəhbərliyinizlə davamlı inkişaf və tərəqqi yolu iləi namla irəliləyəcək, Qazaxıstan-Azərbaycan dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq münasibətləri isə xalqlarımızın rifahı və mənafeyi naminə bundan sonra da dərinləşəcək”, – Qazaxıstan prezidentinin təbrikində deyilir.

8 noyabr Azərbaycanda Zəfər Günü- 2020-ci il Vətən müharibəsində ölkə ərazilərinin erməni işğalından azad edilməsilə əlaqədar qələbə bayramı qeyd olunur.—0—

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button