Qazaxıstan sələfiləri ittiham edir
Qazaxıstanın təhlükəsizlik rəsmiləri deyirlər ki, İslamın ultra-mühafizəkar qanadı baş tutmamış terror hücumunun arxasında durur.
Milli Təhlükəsizlik Komitəsi (KNB) iyunun 29-da bildirib ki, terror hücumları planlaşdıran qrupun üzvlərini saxlayıb. Məlumata görə, şübhəlilərdən biri partlayıcı qurğu vasitəsilə özünü öldürüb.
KNB rəhbəri Vladimir Zhumakanov iyunun 30-da jurnalistlərə söyləyib ki, saxlanan altı nəfər sələfilərdir, ancaq onların bu ayın əvvəlində Aktobedə törədilən hücumla bağlılığı olmadığını da vurğulayıb.
Aktobe hücumlarında təhlükəsizlik qüvvələri 18 hücumçunu öldürmüşdü. Silahlılar isə 7 nəfəri qətlə yetirmişdi. Hakimiyyət hücum edənlərin İŞİD qruplaşmasına rəğbət bəslədiklərini deyir.
Prezident Nursultan Nazarbayev həmin hücumçuların da sələfilər olduğunu bildirmişdi.