Loading...
Loading...
Siyasət

Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq sazişi imzaladılar

Recep Tayyip Erdoğan Kasım-Jomart Tokayev məhdud heyətlərin iştirakilə Ukraynadakı vəziyyəti müzakirə ediblər
Qazaxıstan Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu məlumatı AzadlıqRadiosunun Qazax xidməti rəsmi mənbələrə istinadən verib.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, mayın 11-də prezident Kasım-Jomart Tokayevin Türkiyəyə dövlət səfərinin gedişində “Qazaxıstan Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” bir sıra sənədlər imzalanıb.
Məlumatda bu sənədlər barədə təfərrüatlar verilməyib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Qazaxıstan müdafiə bağlarının əhəmiyyətini vurğulayıb.
Ukrayna müharibəsi faktoru
Nazirin sözlərinə görə bu sazişdə iki ölkə arasında habelə “birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq” nəzərdə tutulur:
“İmzalanmış birgə bəyannamə ilə biz əməkdaşlığımızı starteji partnyorluğun yeni səviyyəsinə qaldırmışıq. Türkiyə Qazaxıstan iki qardaş ölkədir. Biz, Türkiyə olaraq Qazaxıstandakı sabitliyə əmin-amanlığa ciddi önəm veririk”.
Bu da xəbər verilir ki, iki prezident məhdud heyətlərin iştirakilə Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu barədə deyib:
“Bizim bu böhranın Ukraynanın suverenliyi ərazi bütövlüyünün saxlanması çərçivəsində dinc yollarla həll olunmasına dair maraqlarımız üst-üstə düşür. Siz də bilirsiniz ki, biz Ukraynada müharibənin qurtarması üçün münaqişənin ilk günlərindən səy göstəririk. Əlbəttə, bu müharibə türk dövlətləri arasında həm ikitərəfli, həm də türk dövlətlərinin çadırı altında əməkdaşlıq sıx birliyin mühümlüyünü təsdiqləyir”.

Əlverişli şərait
Xəbərdə deyilir ki, Qazaxıstan Türkiyə nümayəndə heyətləri arasında ümumilikdə 14 sənəd imzalanıb.
Bu sənədlərin arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında memorandum, beynəlxalq yüklərin qarşılıqlı-müştərək daşınması haqqında saziş, kömrük prosedurunun sadələşdirilməsinə dair razılaşma informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum da var.
Tokayev 2019-cu ildə prezident seçildikdən bəri ilk dəfədir ki, Türkiyəyə dövlət səfərinə gəlib.
Onun səfəri Rusiyanın Ukraynaya səbəbsiz əsassız hərbi müdaxiləsinnin davam etdiyi vaxta düşüb.
Bir sıra ekspertlər bildirirlər ki, belə bir şəraitdə Ankaranın tarixən Moskvanın nüfuz dairəsinə daxil olan Mərkəzi Asiya dövlətləri ilə bağları möhkəmləndirməsi üçün əlverişli şərait yaranıb.
Türkiyə Kiyev Moskva arasında danışıqlarda vasitəçilərdən biridir. Qazaxıstan Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyib 9 may tədbirlərində Georgi lentləri Z simvolları kimi Rusiya rəmzlərindən istifadəni qadağan edib.

24 saat” “
Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq sazişi imzaladılar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun