Bizim tərcümə

Qazaxıstanda keçirilən prezident seçkilərində Tokayev qalib gəlib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-22 18:10:44

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bazar günü Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

Abdirov rəsmi nəticələrə görə 81,3 faiz səs toplayan hazırkı prezident Kasım Cömert Tokayevin ikinci dəfə prezident seçildiyini açıqlayıb. Yekun nəticələrə görə, Xalqların Demokratiya Partiyasının (Auıl) namizədi Jiquli Dayrabayev 3,4 faiz, Amanat Həmkarlar İttifaqının namizədləri Meyram Kajiken yüzdə 2,5, Sosial İşçilər Milli Birliyinin namizədi Karakat Abden yüzdə 2,6, “Qazax Analarıdır” “Ənənə yolu ilə” assosiasiyasının namizədi Saltanat Tursinbekova 2,1 faiz, Ümummilli Sosial Demokrat Partiyasının namizədi Nurlan Auyesbayev isə 2,2 faiz səs toplayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tokayev noyabrın 26-da keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq.

YENİ SİSTEMİN İLK PREZİDENTİ

Tokayev iyunda keçirilən referendum nəticəsində dəyişdirilən sistemin ilk prezidenti olub.

Referendumla prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, qanun çərçivəsində yenidən seçilmək hüququ olmadığı üçün gələcək prezidentlərin ikinci müddətə işləməsinin qarşısı alınıb. Beləliklə, “hakimiyyətdə monopoliya”nın aradan qaldırılması hədəflənir.

Sentyabrın 1-də xalqa müraciətində Tokayev növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib və sentyabrın 21-də seçkilərin noyabrın 20-də keçirilməsi haqqında fərman imzalayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button