2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qazaxıstanda Nazarbayevin sülaləsi məhv edilir

Bakı/17.01.22 Yanvarın 17-də Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin eyni zamanda bir neçə ailə üzvünün yüksək vəzifələrdən azad edildiyi barədə məlumat yayılıb.

Belə ki, Timur Kulibayev (Nazarbayevin ortancıl qızının həyat yoldaşı) “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən azad edilib. Forbes Kulibayevin ailəsinin sərvətini 3 mlrd. dollar olaraq qiymətləndirir.

Bundan başqa, prezident Tokayev Samat Abişi Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edib. Bir müddət əvvəl Abişin saxlanıldığı barədə məlumat yayılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Kulibayevlər respublikanın ən böyük bankına – Xalq Bankına nəzarət edirdilər.

Nazarbayevin digər iki qohumu da vəzifələrindən azad edilib. Qazaxıstanın eks-prezidentinin kiçik qızı Aliyanın həyat yoldaşı Dimaş Dosanov “Kaztransoyl” SC-nin baş direktörü vəzifəsindən vaxtından əvvəl azad edilib.

Nazarbayevin böyük qızı Dariqanın həyat yoldaşı olduğu deyilən Kayrat Şaripbayev “QazaqGaz” SC milli qaz şirkətinin idarə heyətinin başçısı vəzifəsində il yarımdan az işləyib. Yanvarın 15-də o da vəzifədən azad edilib.

Bu arada, Nazarbayevin övladlarının Cenevrə və Londondakı villalarında olduğu deyilir. Nazarbayev özü yanvarın əvvəlindən ictimaiyyət qarşısına çıxmayıb və qeyri-rəsmi məlumatlara görə, Ərəb Əmirliklərindədir.

Göründüyü qədər, yaxın günlərdə Nazarbayev ailəsinin və onun sülaləsinin sərvətlərinin milliləşdirilməsinə başlanacaq. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button