2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qazaxıstanda ölüm cəzasını qadağan edən qanun imzalanıb


Qazaxıstan prezidenti Kasım Jomart Tokayev dinc dövrdə ölüm cəzasının tətbiq edilməsini qadağan edən beynəlxalq müqavilənin təsdiq edilməsi haqqında qanunu imzalayıb. Bu barədə AzadlıqRadiosunun qazax xidməti məlumat yayıb.

Ölkə bu cəza növünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının İkinci fakultativ Protokoluna qoşulub. Sənəddə deyilir ki, protokol tərəfləri bunu insan ləyaqətinin möhkəmləndirilməsi və insan hüquqlarının getdikcə inkişafı üçün əlverişli hesab edirlər.

Bundan sonra cinayət məcəlləsinin 17 maddəsindən bu cəza ilə bağlı bəndlərin çıxarılmasının vacibliyi vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanın mövcud qanunvericiliyi terrorizm və xüsusilə müharibə dövründə törədilən ağır cinayətlər üçün , habelə ölkə prezidentinin həyatına və Qazaxıstanın birinci dövlət başçısı Nursultan Nazarbayevin həyatına qəsdə görə ölüm hökmü nəzərdə tutulur.

2004-cü ilin yanvarından Qazaxıstanda ölüm cəzasına moratorium tətbiq olunur.

Keçmiş sovet respublikaları içərisində yalnız Belaruz ölüm hökmünü davam etdirir. 1990-cı ildən indiyə qədər Belarusda ölüm hökmü verilən 400 nəfərdən çox adam güllələnib. Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv edilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button