SEÇMƏ

Qazaxıstanda Putini dəstəkləyən deputat partiyadan çıxarılıb

Yayımlandı: 19 Yanvar 2023 15:07

Partiya onun mandatına xitam vermək üçün MSK-ya müraciət edib

Qazaxıstan parlamentinin üzvü Azamat Abildayev Rusiya Prezidenti Vladimir Putinin siyasətini və Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyi üçün “Ak Yol” (Ak Jol) Partiyasından xaric edilib.

Partiya Azamat Abildayevin mandatına xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə “Ak Yol” Partiyası yanvarın 19-da məlumat yayıb.

Azamat Abildayev “Azadlıq” Radiosuna deyib ki, o, partiyanın qərarıyla razıdır və heç kimə qarşı kini yoxdur.

Bundan əvvəl də Azamat Abildaev etiraf etmişdi ki, o, ötən il Ukraynaya təcavüz edən və qonşu ölkəni məhv etməkdə, dinc əhalini öldürməkdə davam edən Rusiyanı dəstəkləyir.

Azamat Abildayev. Foto:”tengrinews.kz”

Rusiya ilə Ukrayna arasındakı münaqişənin qısa xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib. 

Meydan TV

Gözdən qaçırmayın:  Tokayev parlamenti buraxdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button