Dünya

Qazaxıstanda Rusiya müğənnisinin konsertinin ləğv olunduğu deyilir

Bundan əvvəl bir çox Qazaxıstan sakinləri sosial şəbəkələrdə müharibəni dəstəkləyən sənətçinin onların ölkəsində konsert vermək planlarına hiddət bildirmişdilər

Qazaxıstanda Rusiyanın estrada müğənnisi Polina Qaqarinanın konserti ləğv olunub.

Bundan əvvəl bir çox Qazaxıstan sakinləri sosial şəbəkələrdə müharibəni dəstəkləyən sənətçinin onların ölkəsində konsert vermək planlarına hiddət bildirmişdilər.

Bu barədə məlumatı Qazaxıstanın Arbat.media saytı yayıb.

Qaqarinanın konserti fevralın 14-də Almatıda müğənninin “Tərksilah olunmuşam” adlı turunun çərçivəsində keçirilməli idi.

Bu konsertin anonsu sosial media platformalarında görünən kimi Qazaxıstan istifadəçiləri qəzəbli postlar yazmağa başlamışdlar.

Onlar “Z-aktrisanın” ölkəyə dəvət edilməsinə etiraz bildirirdilər.

“Z” işarəsi Rusiyanın Uktraynaya əsassız və səbəbsiz müdaxiləsinin simvoluna çevrilib.

Ukraynadakı Rusiya hərbi texnikası “Z” hərfi ilə nişanlanır, hətta Rusiya dövlət telekanallarının aparıcıları və qonaqları bu simvolun nişanlarını yaxalarına taxırlar.

Kirkorova olar, Qaqarinaya yox?

AzadlıqRadiosunun Rus xidməti yazır ki, konsertin ləğv olunması rəsmi səviyyədə elan olunmayıb, lakin onun anonsları konsert təşkilatçısının və bilet agentliklərinin saytlarından yoxa çıxıb.

Daha sonra sosial şəbəkələrdə müğənninin şəkli olan skrinşot peyda olub. Bu skrinşotda konsertin ləğv olunduğu yazılıb.

Polina Qaqarina Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə dəstəkləyib.

O fevralın 25-də müğənni Nikolay Baskovun postuna layk qoyub. Baskov bu postunda müharibəni “sülhməramlı əməliyyat” adlandırmışdı.

Qaqarina habelə ötən mart ayında Moskvanın Lujniki stationunda Krımın ilhaqının ildönümünə həsr olunmuş konsertdə iştirak etmişdi.

Amma noyabrın əvvəllərində Qazaxıstanda Filip Kirkorovun iki konserti olub. Halbuki o da müharibəyə dəstək bildirmişdi.

24 saat” “
Qazaxıstanda Rusiya müğənnisinin konsertinin ləğv olunduğu deyilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Son dəqiqə: BMT-də qəbul edildi! Rusiya Ukraynaya müharibə təzminatı ödəyəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button