Now Reading:
Qazaxıstanda sərnişin avtobusunda 52 nəfər yanaraq ölüb

Qazaxıstanda sərnişin avtobusu yanıb.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

“İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.

Yanğının başvermə səbəbləri araşdırılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.