2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qazi adı altında reketlik edənlər – VİDEO

Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisini bir qrup Qarabağ müharibəsi iştirakçısı himayədarlıq edir. 

Sərxan İsayev və Azər Cəbrayılov ətraflarına dəstə toplayaraq, bu ərazidə neft quyularının yaxınlığında torpaqları zəbt edərək vətəndaşlara satır.

Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var – xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.

Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.

Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button