2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Qazın təzyiqinin azalma səbəbləri məlum oldu

“Havanın temperaturu düşdükcə, evlərə verilən qazın təzyiqi də azalır. Tam düz mütənasibdir. Belə davam eləsə, şaxtalar düşəndə, biz hökumətə qaz verəcəyik”.

“Facebook” (qısaca, FB) istifadəçisi Rauf Həsənli belə yazıb. Ölkədə, özəlliklə paytaxt Bakıda mənzillərdə təbii qazın azalmasından şikayətlənən təkcə o deyil.

“Yalançının qazı kəsilsin. Bir aya yaxındır ki, bizim tərəflərdə (Buzovna, Albalılıq) qazı tortun üstünə qoyub, üfürürük”, Firdovsi Yusubov bunu öz FB hesabında “ölkədə qaz problem yoxdu” deyən rəsmilərə xitabən yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Eldar Mahmud adlı sosial şəbəkə istifadəçisi “Hal-hazırda Binəqədidə qaz şam kimi yanır” gileyini dilə gətirib.

Rövşən adlı başqa bir istifadəçi isə qeyd edib ki, “postneft dövrünə qədəm qoyacağımızı bilirdik, amma postqaz dövrünə qədəm qoyacağımız ağlımıza da gəlməzdi”.

Postqaz dövrü?

Azərbaycan doğrudanmı postqaz dövrünə qədəm qoyur? Qaz ixracatçısı olan ölkənin vətəndaşları nədən belə istehza dolu anlayış tapmağa meyllənir?

Rəsmi məlumata görə, bu ilin 9 ayında Azərbaycanda 13,77 milyard kubmetr (əmtəəlik) qaz çıxarılıb. Hasilat 654 milyon kubmetr azalıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, hasilatın azalmasının iki obyektiv səbəbi var: “Birinci səbəb ötən ilin dekabrında SOCAR-ın Günəşli yatağında 10 saylı özüldəki yanğınla bağlıdır (Bu yanğında, azı, 10 adam ölmüş, 20-yə yaxın neftçi də itkin düşmüşdü). Yanğından öncə həmin özüldən gündə 1 milyon kubmetr qaz hasil edilirdi və 9 ayda təxminən 270 milyon kubmetr qaz “havaya” uçdu”.

İlham Şaban deyir ki, neft quyularına daha çox səmt qazı vurulduğundan, həmin müddətdə Azəri-Çıraq-Günəşli yatağından da (AÇG-dən) 700 milyon kubmetr az qaz verilib: “Nəticədə 5 illik fasilədən sonra AÇG-də neft hasilatını artırmaq mümkün olub. Neft hasilatının artımı isə Neft Fonduna daxilolmaları artırıb”.

Bu da var ki, ACG yatağından 700 milyon kubmetr az qaz alınsa da, eyni müddətdə “Şahdəniz”dən 800 milyon kubmetr çox qaz gəlib. İlham Şabanın sözlərinə görə, istehsal olunan əmtəəlik qazın 6,1 milyard kubmetri ixrac olunub: “Yerdə qalan 7,67 milyard kubmetr qazın təxminən 2 milyard kubmetri yeraltı qaz anbarlarına vurulub, 3 milyard kubmetrinisə “Azərenerji” istifadə edib. O miqdarın 1,9 milyard kubmetri əhalinin, yerdə qalanı digər sektorların payına düşür. Əhali qrupu arasında istehlak edilən qazın 56 faizi Abşeron yarımadasında işlədilib”.

“Xarici öhdəliyi də yerinə yetirməlidir”

İqtisadçı Natiq Cəfərlinin fikrincə, bir yandan hasilatın azalması, digər yandan ixrac öhdəliyinin artması Azərbaycan hökumətini çətin vəziyyətə salıb: “Xatırlayırsınızsa, Gürcüstan ilin əvvəlində Azərbaycandan 500 milyon kubmetr qaz istəyirdi, əks halda, İran, ya da Rusiyadan qaz alacağını bildirmişdi, hətta danışıqlara da başlamışdı. SOCAR məcbur olub qonşu ölkəyə əvvəlki ildən 300-400 milyon kubmetr çox qaz ötürmək öhdəliyi götürdü”. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button