Loading...
Loading...
SEÇMƏ

“Qazprom” Avropaya qaz ixracını yenə azaldıb

Yayımlandı: 28 İyul 2022 13:09

Qaz ixracı dünəndən ixtisar edilib

«Qazprom» «Şimal axını» ilə Avropaya qaz ixracını bir az da ixtisar edib. Şirkət xəbər verib ki, qazötürən daha bir turbin mühərrikini dayandırır. Şirkət iyulun 27-dən etibarən qaz kəmərinin planlı qüvvəsinin yalnız 20%-ni tədarük edir.

«Qazprom» «Şimal axını» qaz kəməri üzrə Avropaya qaz tədarükünün həcmini sutkada 33 milyon kub metrədək azaldacaq – bu, planlı qüvvənin təxminən 20%-dir (167 milyon kubmetr), şirkət “Telegram” kanalda bəyan edib

«Qazprom» xəbər verib ki, daha bir “Siemens” qaz-turbin mühərrikinin işini dayandırır. Bu mühərrik Leninqrad vilayətinin «Portovaya» kompressor stansiyasında boruya qaz ötürür. Qərar Rusiya Ekoloji, texnoloji və atom nəzarəti üzrə Federal Xidmətinin sərəncamı və mühərrikin texniki vəziyyəti nəzərə alınmaqla «əsaslı təmirədək təmirlərarası işlərin müddəti sona çatdığı» üçün verilib. İxrac iyulun 27-si Moskva vaxtı ilə saat 7.00-dan ixtisar edilib.   

Moskva vaxtı ilə saat 17:35-də Hollandiyadakı TTF xabında avqust ayına qaz tədarükü müqavilələri 5%-dək bahalanıb. Belə ki 1MBt-ç 168 avroyadək qalxıb, – Qitələrarası birjanın məlumatlarında belə deyilir. Xəbəri “Forbes” yayıb.

“Qazprom” iyun ayında qaz kəməri ilə tədarükü 60%-dək azaldıb. Şirkət belə etməklə aqreqatların texniki vəziyyətinə və “Siemens”in zəruri qazötürücü aqreqatlarının təmirdən sonra vaxtında qaytarılmadığına əsaslanıb. “Siemens” sanksiyalardan şikayətlənib: turbinlərdən biri Kanadada təmir olunub və Ottava Rusiyaya qarşı sanksiya irəli sürəndə bloklanmış vəziyyətə düşüb.

“Şimal axını”ilə qaz alan Almaniya iyul ayında Kanadanın sanksiyaları zəiflətməsinə nail olub. Belə ki, Kanada turbini buraxmağa və təmir etməyə, üstəlik iki il ərzində daha beş aqreqatın təmir olunub qaytarılmasına icazə verib. Bununla yanaşı, Kanada turbinləri təkcə Almaniya vasitəsilə qəbul edəcək və qaytaracaq.     

“Qazprom” iyulun 25-i “Siemens”dən Kanada lisenziyasını aldığını təsdiqləyib, lakin qeyd edib ki, sənədlər hələ də sanksiya riskini aradan qaldırmır və “əlavə suallar doğurur”, həmçinin Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları problemini çözmür. Şirkət “Siemens”dən lazımi sənədləri və izahatları təqdim etməsini rica edib. “Qazprom” aqreqatı hansı vəziyyətdə alacağını və bu aqreqatın “ertəsi gün geri alınmaması” üçün hansı hüquqi statusa malik olduğunu anlamalıdır. Vladimir Putin sənədləşdirmənin əhəmiyyətinə aydınlıq gətirib.

Rusiya iyulun 11-dən 22-dək texniki xidmət zamanı “Şimal axını”ilə qaz tədarükünü tamamilə dayandırıb.

Meydan TV

Gözdən qaçırmayın:  Nazirlik: Məişət zorakılığına məruz qalan 45 şəxs reabilitasiya keçir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button