2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

«Qazprom» Azərbaycanda nə gəzir?

“Qazprom”un Direktorlar Şurasının sədri Azərbaycanda “Qazprom”un nümayəndəliyinin açılması məsələsini razılaşdırıb, deyə şirkət məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qaz inhisarçısıının nümayəndəliyini bərpa etməsinin səbəbi barədə Turan-ın sorğusu ilə bağlı yerli ekspertlər bildirib ki, yaxın vaxtlarda Azərbaycana Rusiya qazı tədarük edilə bilər. İqtisadçı Natiq Cəfərli bunu mühüm hadisə adlandırıb. Ekspertin fikrincə, Türkiyə və Gürcsüstana əvvəlki sazişlər üzrə qaz tədarükündə çatışmayan həcm və eləcə də AzMeCo Metanol zavodunun ildə 800 mln kubmetr ehtiyacı Rusiya qazı ilə təmin edilə bilər.

“Son illər ölkədə qaz hasilatı azalır. Türkiyə və Gürcsüstana qaz satışı və artan tələbatla bağlı mövcud həcm yetərli deyil. “Şahdəniz -2” layihəsinin işə düşməsinə isə iki ilə qədər vaxt qalıb. Bu müddətdə əlavə həcmlərə ehtiyac var və ehtimal ki, kəsir Rusiya qazı ilə doldurulacaq. Buna görə SOCAR və “Qazprom” Rusiya qazının Azərbaycana tədarükü barədə saziş imzalaya bilər”, – deyə Cəfərli bildirib.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban isə hesab edir ki, “Qazprom”un Azərbaycanda nümayəndəliyinin bərpası bu sahədə sonrakı əməkdaşlıq planları ilə bağlı ola bilər, qazın-alqı-satqısı heç də vacib deyil”. Məsələn, bu, servis xidməti və sahə üzrə avadanlıq istehsalı üzrə birgə müəssisələrin yaradılması məqsədi daşıya bilər. Ekspertin fikrincə, iki ildir ölkələrimiz qaz sahəsində əməkdaşlıaq etmir, çünki İran Azərbaycana qazı daha əlverişli şərtlərlə satır. Yəni 1 mlrd kubmetr çatışmayan qaz 2016-cı ildən bu ölkədən alınır, 2014-cü ildən isə Azərbaycan qazının Dağıstana tədarükü dayandırılıb.

Rusiyanın TAP-da iştirakına gəlincə, bu, 2020-ci ildən sonra mümkündür. Çünki qaz kəmərinin ilkin buraxılış qabiliyyəti 10 mlrd kubmetr nəzərdə tutulub. Gələcəkdə TAP genişləndiriləndən sonra bu göstərici 20 mlrd kubmetrə çatdırılacaq. 10 mlrd kubmetr sərbəst həcm Avropa Komissiyasının üçüncü enerji paketinin təsirinə düşür və 5 mlrd kubmetr həcm qaz nəqli üçün Rusiyaya verilə bilər, deyə Şaban qeyd edib.

Amma bir sıra ekspertlər “Qazprom”un Azərbaycan qayıtması ilə V.Putinin öz qazını Transadriatik qaz kəməri ilə Avropaya nəql etmək istəyən Türkmənistana səfəri arasında sıx əlaqə görür. Üç ölkənin – Azərbaycan, Türkmənistan və Rusiyanın qaz maraqlarının kəsişmə nöqtəsində bir sıra açıq məsələlər var. Şimal qonşunun öz qazını TAP və TANAP-dan istifadə etməklə nəql etmək marağı aşkardır. Amma türkmən qazının Cənub Qaz Dəhlizi ilə onun ərazisindən yan keçməklə tranziti imkanı Rusiyanı qane etmir. Beləlkilə, məxfi müzakirələrin gündəliyində “Qazprom” yanacağının Azərbycan borusuna doldurulması məsələsi də ola bilər. (contact.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button