2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

“Qazprom”un geniş nümayəndə heyəti İrana səfər edəcək

“Qazprom”un nümayəndə heyəti İranla qaz sahəsi üzrə genişmiqyaslı əməkdaşlığa dair danışıqlar aparmaq üçün yaxın günlərdə Tehrana səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib.

“Yaxın bir neçə gün ərzində “Qazprom”un dörd işçi qrupundan ibarət nümayəndə heyəti İrana səfər edəcək. Səfər zamanı onlar İran Milli Qaz Şirkətinin nümayəndələri ilə daha geniş əməkdaşlığa dair müzakirələr aparacaqlar”, – deyə Ramazani qeyd edib.

Qeyd edək ki, ötən ay Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda Rusiyanın energetika naziri Aleksandr Novak İran tərəfinə neft sahəsində yeni investisiya sazişinin təqdimatını keçirməyi təklif edib. Bundan əvvəl, martda, o, Rusiyanın neft-qaz şirkətlərinin İranda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın “Zarubejneft”, “Qazprom neft” və “Qazprom” neft və qaz şirkətləri İranda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildiriliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button