Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Qeyri-ərzaq məhsulları da bahalaşdı – Ekspertdən iki təklif

Ölkədə yalnız ərzağın deyil, qeyri-qida məhsullarının qiymətində də artım müşahidə olunur. Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində artım var. Bəzi məhsulların, xüsusən də qabyuyan maye və sabunların qiyməti ikiqat artıb.

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycana qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələri əsasən xaricdən gətirilir. Bu sahədə Azərbaycanın daxili istehsalı demək olar ki, yox səviyyəsindədir:

“Ona görə də xaricdə qiymət artımının sürətlənməsi idxal inflyasiyasının yüksəlməsinə səbəb olur. Xarici bazarda qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələrinin qiyməyi kəskin şəkildə artıb. Ölkəyə bu məhsullar baha qiymətə gətirildiyi üçün də marketlərdə də baha satılır”.

Natiq Cəfərlinin sözlərinə görə, vəziyyətdən iki çıxış yolu var. Bunlardan birincisi və başlıcası, yerli istehsalı artırmaqdır:

“Lakin bu, hazırki vəziyyətdə bir qədər çətindir. Çünki yerli istehsalı təşkil etmək zaman alan məsələdir. İllər lazımdır. Buna isə vaxt yoxdur. Bu mövzuda hökümət kifayət qədər zaman itirib. Öncədən bununla bağlı xüsusi tədbirlər görülməli idi. İkinci çıxış yolu isə müəyyən güzəştlərin tətbiq edilməsidir. Vergigömrük güzəştlərini tətbiq etmək və bu yolla da qiymətləri tənzimləmək mümkündür. Bu məsələ hökumətin verdiyi qərardan sonra həll oluna bilər”.

Ekspert bildirib ki, qiymət artımı bundan sonra da davam edə bilər: “Xaricdə qiymət artdıqca asılılığımız olduğu üçün ölkə daxilində də qiymət artımı davam edəcək”. (Bakupost.az)

24 saatQeyri-ərzaq məhsulları da bahalaşdı – Ekspertdən iki təklif” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Dünyada buğdanın qiyməti kəskin ucuzlaşdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button