2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qeyri-azad şəraitdə KİV azadlığı

İyunun 19-da Vyanada ATƏT-in “Qeyri-azad şəraitdə KİV azadlığı” adlı ikigünlük konfransı işə başlayır.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin Bürosu tərəfindən təşkil edilən konfransda 200-dən çox beynəlxalq ekspert və jurnalist, hökumət məmuru və diplomat, vətəndaş cəmiyyəti və elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Konfrans ATƏT regionunda, əsasən münaqişə və böhranlardan ziyan dəyən regionlarda KİV azadlığını məhdudlaşdıran təzyiq hallarının və maneələrin artması kontekstində keçirilir.

Tədbirdə söz azadlığı, “saxta xəbərlər”, münaqişə zonalarında akkreditasiya və informasiya çatımlığı, KİV və kompüter savadlılığı, jurnalistlərin təhlükəsizliyi və onlara qarşı cinayətlərin cəzasız qalması üzrə sessiyalar təşkil olunacaq.

İştirakçılar regionda KİV azadlığı qarşısında duran aktual məsələləri müzakirə edəcəklər, həmçinin jurnalistlərin təhlükəsizliyi, dezinformasiya və münaqişəli vəziyyətlərdə təbliğat kimi məsələlər üzrə tövsiyələr verəcəklər.

Konfransın gedişi osce.org/live efirində birbaşa yayımlanacaq. Bu barədə ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin Bürosu məlumat yayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button