2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Qeyri-neft sektorunun inkişafı ilə bağlı söylənənlər ciddi səslənmir’

“Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməsi ilə bağlı söylənilənlər o qədər də ciddi səslənmir”.

İqtisadçı-ekspert Rövşən Ağayev bu fikirləri bu gün, aprelin 17-si Yevlax rayonunda qeyri-neft ixracatçılarının müşavirəsində dövlət başçısının çıxışında səsləndirdiyi bir sıra fikirləri dəyərləndirərkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

R. Ağayev qeyd edib ki, qeyri-neft sektorunun inkişaf etməsinin göstəricilərindən biri bunun büdcənin formalaşmasında oynadığı rol olmalıdır:

“Əgər ixracın 90 faizi yalnız neft sektorunun payına düşürsə, deməli, bunda qeyri-neft sektorunun payı cəmi 10 faizdir. Ümumi daxili məhsulun (ÜDM) formalaşmasında da rəqəmlər dəyişməyib”.

“Bu inkişaf sahibkarların gücü ilə baş vermir”

Başqa bir iqtisadçı Natiq Cəfərli də düşünür ki, müşavirədə deyilənlərlə reallıq arasında böyük fərq var.

N. Cəfərli qeyd edir ki, müşavirədə son illər 1 milyon 700 mindən çox yeni iş yerinin açılmasından danışıblar. Üstəlik, qeyd edilib ki, son 3 ayda 80 mindən çox iş yeri açılıb:

“Amma bağlanan iş yerləri barədə düzgün məlumat verilmir. Nəticədə bağlanan və yeni yaranan iş yerlərinin müqayisəli təhlilini aparmaq olmur”.

N. Cəfərli vurğulayıb ki, ölkədə heç də qeyri neft sektoru inkişaf etməyib.

“Valyuta ehtiyatlarının artmasına gəlincə, bu da neft bazarında nisbi sabitlik, qiymətlərin nisbi bahalanması ilə bağlıdır. Digər tərəfdən Neft Fondundan 7,5 milyard manatın Mərkəzi Banka köçürülməsi haqda qərar verildi. Bu isə pulu bir cibdən çıxarıb, digər cibə qoymaq kimidir”.

N. Cəfərli hesab edir ki, kənd təsərrüfatı sahəsində müəyyən irəliləyiş olub. Bu isə onun fikrincə, qeyri-neft sektorunun inkişafından yox, Rusiya-Türkiyə münasibətlərindən irəli gəlib:

İqtisadçı hesab edir ki, müəyyən inkişafın ardında sahibkarların gücü yox, subsidiyalar durur.

Bu gün, aprelin 17-si Yevlax rayonunda prezidentin sədrliyi ilə qeyri-neft ixracatçıların müşavirəsi keçirilib.

Müşavirədə prezident İlham Əliyev deyib ki, bu ilin üç ayında iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb:

“Bu, çox yaxşı göstəricidir, qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb”.

Dövlət başçısı vurğulayıb ki, xarici ticarət dövriyyəsində 1 milyard dollar müsbət saldo yaranıb.

Prezident qeyd edib ki, hakimiyyətdə olduğu illərdə 1 milyon 700 mindən çox iş yeri açılıb.

O, əlavə edib ki, ölkədə sahibkarlara böyük dəstək var.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button