Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. 24saat.org ETSN-in Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Belə ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə enəcək.
Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq, fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə enəcək.
24saat.org