2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“QHT Agentliyi tədqiqatla bağlı layihələrə üstünlük verib və qaliblər obyektiv seçilib” – RƏY

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliy həmişə bizə dəstək olub. Kimsə bir dəfə qalib gəlməyibsə, agentlikdən üz döndərməməlidir. Sadəcə oturub ortaq məxrəcə gəlmək lazımdır ki, gələcəkdə verilən layihələr daha yaxşı olsun”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova deyib.

O bildirib ki, agentliyin elan etdiyi müsabiqəyə layihə təqdim edib və qalib olub: “Əvvəldən layihəmin qalib gələcəyinə inanırdım. Çünki düşünürdüm ki, yaxşı layihə yazmışam. Layihəm insan alveri qurbanları ilə bağlıdır. Orada azyaşlı qızların cinsi istismara məruz qalması ilə bağlı maarifləndirmə və tədqiqat aparmaq istədiyimi qeyd etmişəm. Budəfəki seçimlərdən başa düşdüm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tədqiqatlara üstünlük verir. Yəni boş-boşuna maarifləndirmənin artıq effekti olmur. Buna görə də tədqiqat aparıb problemlərin səbəblərini tapmalıyıq. Ümumilikdə belə başa düşürəm ki, tədqiqatla bağlı layihələr qalib olub”.

G.Səfərova qalib olmayan layihələrlə bağlı məlumatının olmadığını vurğulayıb: “Buna cavabı agentliyin Müşahidə Şurası verə bilər. Qiymətləndirmədə onların fikri nəzərə alınıb. Biz bir ailəyik və agentlik də hər zaman bizə dəstək olub. Düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi narazı qalanlarla bağlı addım atacaq, onlarla görüşüb, səbəbləri açıqlayacaqlar”.

Birlik rəhbəri qalib olmayanlara tövsiyə verib: “Ruhdan düşməsinlər, layihələrinə bir daha diqqətlə baxsınlar”.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair və 2023-cü il kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button