2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

QHT-lərə Dəstək Şurası ləğv edildi

Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

Bu sənədlə habelə o, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” özünün 2007-ci il 13 dekabr tarixli fərmanını ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

Fərmana əsasən, həmin Şura əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Üzvlərdən 8-i qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediləcək.

QHT-lərə Dövlət Dəstəyi Şurasına 2008-ci ildən Azay Quliyev rəhbərlik edib.

24 saat” “QHT-lərə Dəstək Şurası ləğv edildi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button