Loading...
Loading...
Cəmiyyət

Qırğızıstan Əfqan qırğızları qəbul etməyə hazır olduğunu bildirir və yardım istəyir

Qırğızıstan Talibanın hücumlarından  Tacikistana sığınan Əfqanıstan qırğızlarının  ölkəyə gətirilməsi ilə bağlı iş aparır.

Bununla bağlı Tacikistan hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə danışıqlar aparılır. 

Rəsmi Qırğızıstan Talibanın hücumlarından qaçan Əfqanıstan qırğızlarını qəbul etməyə hazır olduğunu bildirir.

Qırğızıstan hökuməti məsələ ilə bağlı iyulun 17-də toplantı keçirib.

Müvafiq dövlət qurumlarına mümkün evakuasiya, köçürülmə sahəsinin hazırlanması, lazımi infrastrukturun yaradılması, etnik qırğızlara tibbi, sosial və hüquqi yardım göstərilməsi üçün bir sıra göstərişlər verilib.

Son bir neçə gündə təxminən 350 etnik qırğız Əfqanıstandan Tacikistana qaçıb. Tacikistan tərəfinin verdiyi məlumata görə, yolda iki körpə vəfat edib. 

Son günlər Taliban hökumət qüvvələrinin nəzarətində olan onlarla bölgəni nəzarət altına aldığını bəyan edib.  

Bu, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin Əfqanıstandan qoşunlarını çıxardığı bir vaxtda baş verir.

24 saat” “Qırğızıstan Əfqan qırğızları qəbul etməyə hazır olduğunu bildirir və yardım istəyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button