Bizim tərcümə

Qırğızıstan axtarış-xilasetmə qrupu ölkələrinə qayıdıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-21 10:56:25

class=”medianet-inline-adv”>

Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinə qatılan xarici qruplar ölkələrinə qayıtmağa davam edir. Dünən Türkiyədə hava limanından heyət və sərnişinlərin alqışları ilə yola salınan Qırğızıstan komandası ölkəsinə qayıdıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, Qırğızıstan komandasını daşıyan THY təyyarəsi paytaxt Bişkekdəki Beynəlxalq Manas Hava Limanına eniş edib. Hava limanında keçirilən qarşılanma mərasiminə; Qırğızıstanın fövqəladə hallar naziri Boobek Acıkeyev, Türkiyənin Bişkekdəki səfiri Ahmet Sadik Doğan və Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Dr. Alpaslan Ceylan ilə yanaşı axtarış-xilasetmə qrupunun ailələri və yaxınları da qatılıb.

Nazir Acıkeyev hava limanında kollektivi alqışlarla və gül-çiçəklə qarşıladı və onlara əməyinə görə təşəkkür etdi. Nazir Acıkeyev axtarış-xilasetmə qrupunun əməyini yüksək qiymətləndirdiyini bildirib və zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 6-sı həkim olmaqla 193 nəfərlik bir qrupun Türkiyəyə göndərildiyini bildirib.

Qrupun dağıntılar altından 198 nəfərin cansız cəsədini çıxardığını bildirən Acıkeyev, “Qrupumuz zəlzələ bölgələrində işlədiyi müddətdə ümumilikdə 8 nəfəri dağıntılar altından xilas etdi” dedi. Səfir Doğan Qırğızıstan komandasına çiçəklər verərək bir-bir təşəkkür etdi.

Digər tərəfdən komanda üzvlərinin ailələrinə qovuşduğu zaman duyğulu anlar yaşanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button