2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qırğızıstan prezidenti kiminlə oturub-durur

Qrğızıstan Prezidenti Sadır Japarovun Çində doğulmuş biznesmenlə birgə görünməsi hökumətin korrupsiya ilə mübarizə öhdəliyi haqda suallara yol açıb. Məsələ həmin biznesmenin adının Qırğızıstana qaçaqmalçılıqla bağlı media araşdırmasında keçməsindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasi çaxnaşma fonunda həbsxana kamerasından prezidentliyə yüksələn Japarov ölkənin ən bədnam korrupsiya mexanizminin axırına çıxacağını demişdi.

“Ən vacibi, Qırğızıstandan 700 milyon dollar vəsaitin çıxarılması işini bitirəcək, əsas şübhəli Matraimov və digər korrupsionerlər ölkəmizdə qanun qarşısında ən sərt şəkildə cəzalandırılacaqlar”, – Japarov 2020-ci il oktyabrında xalqa ilk rəsmi müraciətində deyirdi.

Onda prezident Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəis müavini Raimbek Matraimovu nəzərdə tuturdu. Birgə media araşdırmasında o, yüzmilyonlarla dollarlıq çirkli pulyuma sxemlərinin və kontrabandanın “qapıçısı” kimi təqdim olunurdu.

Sonradan həbs olunan Matraimov məhkəmədə korrupsiyada təqsirli bilindi. Ancaq çox qısa müddətdə həbsdə qaldı, hakim orqanlar onun istintaqla əməkdaşlıq etdiyini, dövlətə 24 milyon dollar qaytardığını əsas gətirərək azad etdilər. Əslində isə onun təqsirli bilindiyi cinayətə görə 10-15 il həbs cəzası düşürdü.

AzadlıqRadiosu jurnalistlərinin də iştirak etdiyi araşdırmada Çində doğulmuş, etik uyğun biznesmen Habibulla Abdukadırın da adı keçirdi. Jurnalistlər onu “yeraltı karqo imperiyası”nın başçısı kimi təqdim edirdi. Həmin şəbəkə daxilində Çin mallarının qaçaqmalçılıq yoluyla Qırğızıstana, Rusiya və Özbəkistana göndərildiyi bildirilirdi.

Abdukadır bu il martın 10-da Qırğızıstanda Prezident Japarovla birlikdə Bişkek yaxınlığında bir kənddə nəhəng bir məscidin təməlqoyma mərasiminə qatılıb.

Bu görüntülər ölkədə qəzəb doğursa da, prezident “Kabar” dövlət informasiya agentliyinə müsahibəsində bu narahatlığı özünəməxsus tərzdə rədd edib. O deyib ki, Abdukadır Bişkekdəki layihələrə 1.5 milyard dollar yatırmağa çalışan investorlar qrupuna daxildir, o, cinayətə görə məhkum olunmayıb, axtarışa verilməyib.

“Ən vacib şey odur ki, mən korrupsionerə çevrilmədim. Düzdür? Xalq və Allah hər şeyi görür”, – deyən Japarov ölkənin Çinlə sərhədində daha korrupsiya olmadığını iddia edib.

Abdukadırla Matraimovun əlaqələrini ilk dəfə Aierken Saimaiti əsas şahid kimi təsdiqləyib, onların əsas pulyuyan şəxsi olduğunu, sonradan aralarının dəydiyini deyib. Ancaq Saimaiti 2019-cu ilin noyabrında İstanbulda kafedə öldürülüb. Ölümündən bir neçə həftə öncə jurnalistlərə həyatı üçün qorxduğunu söyləmişdi.

Ötən il Türkiyədə məhkəmə bu qətlə görə radikal islamçı təşkilata bağlılığı olduğu deyilən yeddi nəfərə ömürlük cəza kəsib.

Sözügedən araşdırmanı aparanlardan biri – “Kloop” media qurumunun həmtəsisçisi Bektur İskender AzadlıqRadiosuna deyir ki, Japarov və Abdukadırın birgə fotoları 2020-ci ildə Bişkek küçələrinə çıxan etirazçıların ələ salınmasıdır. O zaman nümayişçilər Matraimova bağlı partiyanın parlamentdə aparıcı saya sahiblənməsi ilə sonuclanmış parlament seçkisinə etiraz edirdilər. Sonradan həmin seçkinin nəticəsi ləğv olundu, girovgötürməyə görə həbs cəzası çəkən Japarov isə azadlığa çıxdı. Japarov hakimiyyət uğrunda mübarizədə qalib gəldiyini elan etdi. Onun tərəfdarları bəzi hallarda fiziki baxımdan tərəfdarlarını üstələyirdi.

“Bu gerçəkdən bizim o vaxt inqilaba nail olmadığımızı göstərir. Hərəkatı mütəşəkkil qrup oğurladı. Buna şübhə etməyə səbəblərimiz çox idi. Ancaq bu fotolar onu aşkara çıxardı”, – İskender vurğulayıb.

Japarov administrasiyası məsələni AzadlıqRadiosuna şərh etməyib.

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi isə Matraimovun təqsirli bilindiyi təhqiqat çərçivəsində Abdukadırın dindirilib-dindirilməməsi haqda sualı cavablandırmayıb.

Bir məsələ də var ki, Japarov Abdukadırla yanaşı duran ilk prezident deyil. Sözügedən araşdırma dərc olunandan sonra Abdukadıra çox oxşayan bir nəfərin ölkənin beşinci prezidenti Sooranbay Jeenbekovun andiçmə mərasiminə qatılması xəbəri gəldi. Ondan sonra Abdukadırın Qırğızıstanın dördüncü prezidenti Almazbek Atambayevin boynuna saldığı yerdə fotosu internetdə yayıldı.

Jeenbekov Abdukadırı iki dəfə gördüyünü etiraf eləyib. Bir dəfə Çinlə həmsərhəd Oş vilayətinin qubernatoru olanda, ikinci dəfə “Atambayevin ofisi”ndə görüşübmüş.

Atambayev isə öz növbəsində onu Abdukadırla Jeenbekovun tanış etdiyini demişdi. Jeenbekov hakimiyyətə gələndən bir neçə ay sonra onu özünə varis hazırlamış Atambayevlə arası dəydi.

Ölkədə bəziləri Japarovun Qırğızıstana investor cəlb etməsini alqışlasa da, bu pulun necə qazanıldığını sorğulayanlar da var.

“Onun pulu necə qazandığını hamı bilir. İndi isə investor kimi qayıdır”, – siyasətçi, 2020-ci ildə Japarovun rəqibi olmuş Omurbek Suvanaliyev deyib.

Abdukadırın tikintisinə kömək etdiyi Bişkek məscidi azı 50 milyon dollara başa gələcək, 20 min adam tutacaq.

24 saat” “
Qırğızıstan prezidenti kiminlə oturub-durur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button