Loading...
Loading...
SEÇMƏ

Qırğızıstan-Tacikistan sərhədində toqquşma: 18 nəfərin yaralandığı bildirilir

Yayımlandı: 16 Sentyabr 2022 13:50

Qırğızıstan tərəfdən 11 yaralının olduğu açıqlanıb

Qırğızıstan-Tacikistan sərhədində tərəflər sentyabrın 15-də atəşkəs razılaşmasına getsələr də, hərbi toqquşma davam edir.

Yerli media qarşıdurmada atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan istifadə olunduğunu bildirir.

Həm hərbçilər, həm də mülki şəxslər arasında yaralananlar var. Sərhəd kəndlərinin boşaldılmasına başlanılıb”,-deyə qeyd olunub.

Qırğızıstanın sərhəd xidməti Tacikistanın Batken hava limanına raket zərbəsi endirdiyini açıqlayıb.

Atışma ilə əlaqədar Qırğızıstan hakimiyyəti Tacikistanla həmsərhəd olan bir sıra kəndlərin – Borborduk, Arka, Yaştık və Dostukun sakinlərini təxliyə edib.

“Sərhəd yaxınlığında yerləşən bəzi yaşayış məntəqələrinin sakinləri təxliyə olunur”, – Qırğızıstan dövlət başçısının Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsinin administrasiyasının nümayəndəsi bildirib.

Sentyabrın 16-da səhərə olan məlumata görə, Qırğızıstan tərəfdən 11 nəfər yaralanıb.

Batken vilayətinin bütün səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib.

Qırğızıstanın Səhiyyə Nazirliyi saat 12:00-a qədər hərbi toqquşmalarda yaralananların sayının 18-ə yüksəldiyini açıqlayıb.

2021-ci ilin aprelində 2022-ci ilin yanvarında iki Orta Asiya ölkəsinin sərhədçiləri arasında atışma zamanı ölən və yaralananlar olmuşdu.

Qırğızıstan və Tacikistan arasındakı münaqişə 970 kilometrlik sərhədinin hələki demarkasiya olunmamasıdır.

SSRİ dağılandan sonra sərhəd məsələsi iki dövlət arasında gərginliyi zaman-zaman qızışdırıb.

Meydan TV

Gözdən qaçırmayın:  Güzəştli mənzil satışı prosesinə kiberhücum

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button