Loading...
Loading...
Dünya

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar qızışır

Həmsərhəd vilayət başçıları sərhəddə görüşməlidir

Sentyabrın 16-da Tacikistan-Qırğızıstan sərhədində yeni toqquşmalar baş verib. Tərəflər bir-birini ağır silahlardan istifadədə ittiham edir. İki gündür davam edən toqquşmalarda azı üç nəfər öldürülüb, 27 nəfər yaralanıb.

Qırğızıstanın sərhəd xidməti Tacikistan əsgərlərini sentyabrın 16-da səhər mübahisəli dağlıq cəbhə ərazisində bir neçə ön posta atəş açdığını deyir. Bu zaman tanklardan, zirehli piyada maşınlarından, minaatanlaran istifadə olunduğu bildirilir.

Tacikistan isə öz növbəsində Qırğızıstan qüvvələrini elə həmin ərazidə bir postu və yeddi kəndi “ağır silahlarla” bombardman etməkdə ittiham edir.

AzadlıqRadiosunun mənbələri yerli vaxtla səhər saat 10-da sərhədin bir neçə yerində toqquşmaların davam etdiyini xəbər verir.

Tacikistanın İsfara şəhərinin rəsmiləri bir dinc sakinin öldürüldüyünü, üç nəfərin yaralandığını bildirir. Qırğızıstan isə ötən gecə Tacikistanla həmsərhəd Batken vilayətində 18 nəfərin yaralandığını açıqlayıb.

Bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emomali Raxmon hazırda Özbəkistanda regional təhlükəsizlik sammitində iştirak edirlər.

Qırğızıstan baş nazirinin toqquşmaları tacikistanlı həmkarıyla müzakirə etdiyini desə də, sərhəd xidməti iki atəşkəsin iflasa uğradığını bildirib.

Həmsərhəd vilayət başçıları sərhəddə görüşməlidir.

İki ölkənin 970 km-lik sərhədinin təxminən yarısı demarkasiya olunmayıb. Bu isə iki ölkənin son 30 ildə dəfələrlə toqquşmasıyla nəticələnib.

Orta Asiyanın bu iki ölkəsində Rusiyanın hərbi bazaları var. Moskva toqquşmaları dayandırmağa çağırıb.

24 saat” “
Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar qızışır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İranın vitse-prezidentinin oğlu Kanadada VPN satır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button