2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qırğızıstanda KTMT təlimləri başlayıb

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qırğızıstanda üçgünlük hərbi təlimlərə başlayıb. Qurum təlimlərin Əfqanıstandakı vəziyyətə görə gərəkdiyini bildirir.

Tacikistan qatılmayıb

Saytların yığılması Saytlarin yigilmasi

Təlimlərə Rusiya, Qazaxıstan və Qırğızıstandan hərbi bölmələr, eləcə də KTMT-nin Vahid Qərargah və Katibliyinin operativ qrupları qatılıb. “Rubej 2021” manevrləri Edelveis təlim sahəsində keçirilir. Tacikistan hərbçiləri son anda naməlum səbəblərdən təlimə getməyib.

Təlimlərdə KTMT üzvü ərazisinə qanunsuz daxil olan silahlı qrupların qarşısının alınması və neytrallaşdırılmasına diqqət ayrılacaq.

Orta Asiyanın Əfqanıstanla həmsərhəd qonşuları bu ölkədən qaynaqlanan təhlükəsizlik hədələrindən, onminlərlə qaçqın axınından narahatdırlar.

Ötən ay hakimiyyətə gəlmiş Taliban qonşu ölkələri və Rusiyanı onlara təhdid yaratmayacağına inandırmağa çalışıb.

Təlimlərə Rusiyadan 500 hərbçi və təyyarələr daxil olmaqla 120 hərbi texnika qatılıb.

Təlimlər davam edəcək

KTMT-nin sözçüsü Vladimir Zaynetdinov avqustun sonunda deyirdi ki, oktyabrda Tacikistan-Əfqanıstan sərhədində daha üç hərbi manevr keçiriləcək. Dördüncü isə noyabra planlaşdırılır.

Bu təşkilata Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Taliban 1990-cı illərdəki qəddar rejimdən fərqli idarəçilik vəd etsə də, əfqanların çoxu və əksər hökumətlər buna skeptik yanaşır. O zaman qadınlara evdən çıxmağa icazə verilmirdi, əyləncələr qadağan olunmuşdu, daşqalaq və ictimai yerlərdə edamlar kimi cəza növləri tətbiq olunurdu.

Rusiya ötən ay Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhədində iki ayrı-ayrı birgə hərbi təlim keçirib.

Tacikistan və Qırğızıstanda hərbi bazaları olan Rusiya müttəfiqlərini Əfqanıstandan gələn hər hansı təhlükəsizlik təhdidinə qarşı qorumağı vəd edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button