Rakurs

Qırğızıstandavəziyyət yenə qarışdı

Qırğızıstanın paytaxtı Bişkekdə  saxlanılan sabiq deputat Sadır Japarovun tərəfdarlarının təşkil etdiyi mitinq dağıdılarkən 68 etirazçı saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  Qırğızıstanın DİN rəhbərinin müavini Almaz Orozəliyev bildirib.

“Xuliqanlığa yol vermiş və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq etmiş 68 nəfər saxlanılıb”, – deyə DİN rəhbərinin müavini bildirib. Onun sözlərinə görə, etirazçılar kütləvi iğtişaşlar təşkil edərək, asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar, taxta parçaları ilə xəsarətlər yetiriblər. Onlar həmçinin DİN-ə məxsus avtobusun şüşələrini qırıblar.

Bundan əvvəl  Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları son illər Kiprdə yaşayan sabiq müxalifətçi deputat Sadır Japarovu Bişkek aeroportunda saxlayıblar. Onun barəsində 2013-cü ilin noyabrın 7-də baş vermiş iğtişaşlarla əlaqədar  CM-nin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close