2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qırmızı Xaç Komitəsi Yelenovkadaki həbsxanada görüşə nail ola bilməyib

Yayımlandı: 1 Avqust 2022 15:43

“Donbassnews”un xəbəri 

“Ailələr yaxınlarının başına nə gəlməsi ilə bağlı təcili xəbərlər və cavablar almalıdır”

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yelenovkadakı həbsxanada hələ görüşə nail ola bilməyib. Cümə günü həmin həbsxanaya hücum zamanı onlarla ukraynalı hərbi əsir həlak olub.

“Reuters” təşkilatın bəyanatına əsaslanaraq xəbər verir.   

“Biz hələ ki, həbsxanaya və ya hücumdan zərər çəkmiş hərbi əsirlərə baş çəkmək üçün rəsmi icazə ala bilməmişik. Hazırda maddi yardımla bağlı təklifimiz də qəbul olunmayıb”, – xəbərdə deyilir.  

BQXK bundan əlavə, yaralıların təxliyəsini və təmənnasız kömək də təklif edib.

“Ailələr yaxınlarının başına nə gəlməsi ilə bağlı təcili xəbərlər və cavablar almalıdır. Tərəflər bunun üçün əllərindən gələn hər şeyi etməli, o cümlədən hücum faktını aydınlaşdırmaq üçün tərəfsiz istintaq aparmalıdır”, – bəyanatda qeyd olunur.  

Təşkilatda onu da deyiblər ki, Qırmızı Xaç qrupları Yelenovkaya yollanmağa hazırdır, bunun üçün yaxınlıqdakı ərazidə artıq tibbi, məhkəmə-tibbi və humanitar briqadalar toplanıb.

Rusiya bu günlərdə BMT və Qırmızı Xaç ekspertlərini ukraynalı hərbi əsirlərin Yelenovka koloniyasında həlak olduğu yerə dəvət etməyə razılıq verib.  

“DXR”-nın ərazisində yerləşən Yelenovka koloniyası iyulun 29-na keçən gecə atəşə məruz qalıb. Həmin vaxt orada ukraynalı hərbi əsirlər olub. Təxminən 50 nəfər həlak olub, onlarla yaralanan var. Rusiya və Ukrayna hakimiyyətləri olayla bağlı bir-birini günahlandırıb.

RF Müdafiə Nazirliyi Yelenovkada 50 hərbi əsirin həlak olduğunu və 73 hərbi əsirin yaralandığını bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button