2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qış qapıda – Aidiyyəti qurumlar əhalini donduracaqmı?

Müvafiq strukturlar “qışdan qorxmuruq” deyirlər, amma…

Ölkə ərazisində havaların yenidən kəskin şəkildə soyuyacağı bildirilir. Verilən məlumata görə, havaların kəskin şəkildə dəyişməsi, hətta paytaxt Bakıya qar yağması gözlənilir. Hər dəfə havaların soyuması, bircə gün yağış yağması kifayət edir ki, paytaxt iflic olsun. Bu dəfə də vəziyyətin fərqli olacağını gözləməyə dəyməz. 
Ekspertlər bildirirlər ki, bir neçə gün əvvəlki yağışdan keçən müddətdə bu sahədəki problemlərin həlli yönündə hansısa addımın atılması açıqlanmayıb. Bu səbəbdən bu dəfə də paytaxt küçələrini və evləri sel-su basacağı şübhəsizdir. Bəs işıq, su, istilik kimi məsələlər necə tənzimlənəcək? Əlaqə saxladığımız aidiyyatı qurumlar qarşı günlərdə də problem olmayacağını bildirirlər. 
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a bildirib ki, abonentlər elektrik enerjisi ilə bağlı heç bir problem yaşamayacaqlar: “Ümumiyyətlə, biz problemi sevmirik. Şükür, bu sahədə bir çox işlər görmüşük. Bu səbəbdən, problem olmaz. Bu ilki qış əvvəlki qışlardan fərqli olacaq. Yəni artıq qış bizdən qorxsun, niyə biz qışdan qorxmalıyıq ki? Biz işimizi mövsüm olaraq görmürük. İstər yayda, payızda, yazda işlərimizi dayanıqlı, faziləsiz şəkildə aparırıq.
Qışa da tam hazırıq. Son on ildə paylayıcı şəbəkələrdə apardığımız yenidənqurma işləri də qürur hissi ilə bu dediklərimizin doğru olduğunu isbatlayır. Azından nə qədər yarımstansiyalar quraşdırmışıq, yüzdən artıq yarımstansiya inşa etmişik, yüz minlərlə elektrik dayaqları dəyişdirilib, yeni dayaqlar qoyulub. Son iki ildə ”Azərişıq” bütün regionlarda fəaliyyət göstərir. Bütün regionlarda da çalışırıq ki, Bakı şəhərində olduğu kimi, normal, dayanıqlı enerji təchizatı olsun. Bunun üçün də başladığımız işləri davam etdiririk. Təkcə 2016-cı ildə regionlarda 12 ədəd böyük yarımstansiya inşa etmişik. Bütün bunların sayəsində də abonentlərin problemi olmayacaq.
Image result for Tanrıverdi Mustafayev
Ancaq noyabrın 22-si, günorta 12-dən etibarən debitor borcu yaranmış abonentlərdə problem ola bilər. “Azərişıq” abonentlərinə xəbərdarlığımız var. Xahişimiz var ki, istifadə etmiş olduqları elektrik enerjisi haqlarını ödəsinlər. Sadəcə, problem borcu olan obonentlərdə yarana bilər. Digərlərində rahatlıqla, 24 saat dayanıqlı, fasiləsiz elektrik enerjisi təchizatı olacaq”.
Image result for İbrahim Kərbəlayev
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə bildirib ki, qurum payız mövsümünə tam hazırdır: “Aidiyyəti üzrə işlər görülür. Görülən işlərin nəticəsi olaraq qarşıdan gələn soyuq, şaxtalı havalarda da təbii qazın verilişində hər hansı bir problem gözlənilmir. Yalnız qəza halları istisna olmaqla, problem olmayacaq. Qəza da baş verəndə, birliyin təmir-tikinti idarəsinin heyəti qəzanı aradan qaldırmağa çalışacaq. Heyət lazımi avadanlıqlarla tam təchiz olunub. Hansısa qəza baş verərsə, dərhal aradan qaldırılacaq”.
Image result for Rafiq Əliyev Azəristilik
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə musavat.com-a bildirib ki, qurum qışa, qara və soyuğa hazırdır: “Bütün qazanxanalarımızı işə salmışıq. Heç bir problemimiz yoxdur. Lokal problemlər ola bilər. Görürsən, zirzəmidə axıntı olur, bloklarda, mənzillərdə problem olur. Amma qazanxana və məntəqələrimizdə problem yoxdur. Hamısı işləyir. Bizim işləməyimiz digər qurumlardan da asılıdır. Qazanxanaların istilik təchizatı əsas təbii qazdır, elektrik enerjisidir, sudur. Yəni bu qurumlarda dayanma problemi olmasa, qazanxanalarda problem olmayacaq. Son illərdə onlarda da problem olmur, nadir hallarda problem olur. Tez də aradan qaldırılır. Əvvəlki illərlə müqayisədə onların da təchizatı xeyli yaxşılaşıb, fasilələr də qısamüddətli olur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button