2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Qiyam – Tarixin kəsişməsində üç dərs…

“Bu hadisələrin nəticəsi olaraq işçilərin qarşısında yalnız bir şey demək olar – mən istefaya getməyəcəm”.

Emil Salamoğlu yazır

Salvador Alyende tarixi bəyanatının altını qırmızı xətlə çizərək istefaya yox, xalqının uğrunda ölümə getdi: Çilililər, satqınlığın hakimiyyətə can atdığı bu zülmət və acı dolu dövrü yaşayacaqlar.

Və mən əminəm ki – mənim ölümüm əbəs yerə olmayacaqdır. Mən əminəm ki, o, ən azı xainliyə, qorxaqlığa və satqınlığa mənəvi dərs və cəza olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

…1970-ci ildə Çilidə Kuba səfirliyi açılır. Bu, ABŞ-ın xoşuna gəlmir. İki ölkə arasında gərginləşən münasibətlər solçu prezidentin hakimiyyətinin ömrünü cəmi 3 il uzadır.

emil2 1973-cü ilin 11 sentyabrında general Pinoçet Alyendeni devirir. Sosialist lider Prezident Sarayının alınmasında həlak olur. Bəzi qaynaqlar intihar etdiyini yazır. Bununla da Pablo Nerudanın (Pinoçet şairi zəhərləyib) şeirindəki kimi : “Hara gedir Çili, mənim yoxsul, qaranlıq yurdum”un günləri başlanır.

Beləliklə, əliqanlı xunta rejiminin rəhbəri Pinoçet ABŞ-ın dəstəyi ilə Çilini qana bulayır. Çevrilişin ilk üç günü içində təxminən 130 min insan həbs edilir. Pinoçetin iqtidarda qaldığı 17 il müddətində isə təxminən 2279 nəfər siyasi səbəblərdən öldürülür.

Pinoçet Türkiyədəki “layiqli yolunun davamçısı” – Kənan Evrən kimi uzunömürlü olur. 2006-cı ildə 91 yaşında ölən Pinoçet Kənan paşa qədər cəzasız qalır. Lakin bu tarixin əfsanəvi övladı Alyendedir. Qiyamçılara təslim olmayan prezident son nəfəsinə qədər əldə silah döyüşür.

***

beyƏbülfəz Elçibəydə yalnız bu çatışmadı. Solçu prezidentdən fərqli olaraq millətçi rəhbər əldə silah qiyamın üstünə getməyi yox, Kələkiyə – kəndinə getməyi seçim etdi. Dövrün iştirakçıları və cəbhəçiləri bunu Elçibəyin qan tökmək istəməməsi ilə izah edə bilərlər.

Öz hakimiyyətini qoruya bilmədiklərinə görə 23 ildir bu qiyamın acı meyvələrini yeməklə məşğuldurlar. Qiyam varsa, xalqa müraciət də olmalıdır.

Xalq müraciətə “hə” deyib meydana çıxırsa və qiyamçılar dinc əhaliyə atəş açırsa, bunu da məsuliyyətini çevrilişçilər daşıyır, prezident yox.

Necə ki Çili xalqı məğlub olmasına, öldürülməsinə və minlərlə insanın ölümünə baxmayaraq, istefaya verməyən, xalqa müraciət edən Alyendeni qınamadı, elə indi də qınamır. Əksinə, xalqın qəlbində heykəlini qurdu.

Və onu da bilmək olmaz ki, əgər Elçibəy xalqı meydana çağırsa və özü də onlarla birlikdə çıxsaydı qiyamçılar əliyalın milləti qıracaqdı ya yox. Məncə – Yox! Sadəcə, Fidelsayağı “anın dərki” çatışmadı.

O an xalqa arxalanmaq lazımıydı. Hətta prezidentin çağırışı ilə küçələrə axışacaq kütlə qiyamçılarla qanlı toqquşmalara getsəydi və tələfat olsaydı da bu gün xalq Elçibəyi onları qırğına göndərməkdə ittiham etməyəcəkdi.

Əksinə, elə 4 iyun qiyamının nəticəsinə görə daha çox Əbülfəz bəyə qınaqlar var: “Elçibəy yaxşı adamıydı, qəlbi təmiziydi, amma qətiyyətli deyildi”.

 

***

emil5Alyende və Elçibəydən fərqli olaraq 15 iyul qiyamında Ərdoğan qalib gəldi. Türkiyədə ilk dəfə hərbi çevriliş uduzdu. Ancaq Ərdoğanın güvəndiyi 75 milyonluq xalq olmadı, polis və islamçılar idi.

Önünə çıxan isə heç də ordunun bütün heyəti və generalları deyildi. Əgər ordudan bir qrup yox, böyük əksəriyyət qiyama dəstək versəydi indi Tayyib Putindən siyasi sığınacaq istəməli olacaqdı. Yeri gəlmişkən, Kreml rəhbəri ona bu təklifi etmişdi.

AKP lideri isə Elçibəydən fərqli olaraq Alyende kimi istefa vermədi, amma Çili prezidenti kimi ona xalq yox, mötədil islamçılar, saqqallılar dost əlini uzatdı. Çünki Alyende və Elçibəydən fərqli olaraq xalq Ərdoğandan xirtdəyə qədər narazıydı.

emil6Ona görə də ilk gündən 15 iyulun leytomtivi beləydi: şərlə şər savaşır. Və Türkiyə qiyamının qalibi də məchuldur. Ərdoğanın zəfəri Kənan Evrənin qələbəsinin bir ayrı kombinasiyasıydı…

“Bu tarixin kəsişməsində xalqımın mənə olan etibarını həyatımla ödəməyə hazıram. Və əminliklə deyirəm ki, minlərlə çililinin şüuruna səpdiklərimiz toxumları artıq tamamilə məhv etmək olmaz.

 Onların gücü var və sizi əzə bilərlər. Tarix bizə məxsusdur və onu xalqlar yaradır”,- deyən Alyende bütün zəmanələrin qiyamına qarşı dik dayanmış fenomen kimi tarix yazır…

24saat.org

 

 

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button