Loading...
Loading...
Gündəm

Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun və Bayram Məmmədovun apellyasiya şikayətlərinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki, Qiyas İbrahimovBayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi və onların azadlığa buraxılması istənilib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub
Back to top button