2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qiyas İbrahimov və atasının şikayəti üzrə YENİ MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda vəkil Elçin Sadıqov prosesin qismən istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, Yasamala rayon Məhkəməsinin hökmü ilə Q. İbrahimovun cəzası 3 ay artırılıb. Atası Həsən İbrahimov isə aylıq qazancının 20 faizi tutulmaqla 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Q. İbrahimov və atası H. İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə cinayət işi başlanıb.

Q. İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir.

O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button