2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılacaq

Mayın 22-də saat 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “vicdan məhbusu” kimi tanınan Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə baxılacaq. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkilin yazdığına görə, məhkəmə prosesi açıq olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

“Apellyasiya şikayətində Qiyas İbrahimovun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini tələb edirik”, o qeyd edib.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər.

Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib.

Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların “vicdan məhbus”u olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

amerikaninsesi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button