Xəbərlər

Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı bildirilir

İctimai fəal Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı deyilir.

Bu barədə AzadlıqRadiosuna Q.İbrahimovun anası Şura Əmiraslanova danışıb. Onun sözlərinə görə, oğlu artıq beş aydır Türkiyədə yaşayırdı: “Qiyas Türkiyədə yaşamaq üçün bir illik rəsmi icazə alıb. Bir müddət əvvəl Bakıya gəlib. Geri qayıtmaq istəyəndə Türkiyə sərhədçiləri onun şəklini çəkiblər və bildirib ki, o, üç aylıq deportasiya olunub. Səbəb isə göstərilməyib”.

Ş.Əmiraslanova əlavə edib ki, Q.İbrahimov sonra Bakıdakı Türkiyə Konsulluğu ilə əlaqə saxlayıb: “Məsələni aydınlaşdırmaq üçün Qiyas konsulluğa zəng vurub. Oradan ona polisə düşübmü və digər sualları verəndən sonra bildiriblər ki, o, Türkiyədən ömürlük deportasiya olunub. Səbəb isə yenə də göstərilməyib”.

Ş.Əmiraslanova qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün Türkiyə səfirliyinə rəsmi sorğu göndərmək niyyətindədirlər: “Qiyas heç bir qanunazidd hərəkət etmədiyi halda, onu ömürlük deportasiya etmək qanunsuzdur. Tutarlı səbəb göstərilməsə, biz məhkəməyə üz tutacağıq”.

Bu deyilənlərə, hələlik, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə 2016-cı il mayın 10-da Azərbaycanda saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum edib.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi iki il öncə, martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb. Hüquq müdafiəçiləri hər iki gənci siyasi məhbus sayıblar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

24 saat” “Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı bildirilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button