Now Reading:
Qiymətlər süni olaraq artırılır – deputat

Qiymətlər süni olaraq artırılır – deputat

Bir sıra ərzaq mallarının qiymətinin ucuzlaşmasına baxmayaraq, bəzi məhsullarda süni qiymət artımı davam edir. Bu fikri Turan-ın müxbiri ilə söhbətində ölkə parlamentinin deputatı, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, qiymətlərin ucuzlaşması manatın məzənnəsinin nisbi sabitliyi ilə bağlıdır. Amma bəzi malların qiymətləri əsassız olaraq 2-3 dəfə bahalaşdırılıb.

Parlamentari dərmanların da süni olaraq bahalaşdırılmasına diqqət çəkib, bu sahənin qaydaya salınması zərurətini qeyd edib.

Monopoliya və korrupsiyaya qarşı mübarizədə müəyyən addımlar atılmasına baxmayaraq, bu istiqamətdə kompleks tədbirlər görülməyib, deyə o bildirib.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.