2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Qiymət artımı iddiaları qızışdırıcı qüvvələrin əməlidir”

Siyavuş Novruzov: “Onlar cəmiyyətdə narahatlıq yaratmağa çalışır”

Su və çörəyin qiymətinin artırılmasından sonra yaxın gələcəkdə  digər kommunal xidmətlərin, benzinin, ərzaq məhsullarının qiymətinin bahalaşacağı ilə bağlı ölkə mediasında çoxsaylı informasiyalar yer almaqdadır. Maraqlıdır, qiymət artımı ilə bağlı ehtimalların səhih xəbərlər kimi qəzet və saytlara daşınması nə dərəcədə doğrudur?

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlıModerator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bunun təxribatçı qüvvələrin əməli ola biləcəyini vurğuladı:

“Ola bilsin ki, bu, qızışdırıcı qüvvələrin işidir. Hesab edirəm ki, olmayan şeyin ortaya atılması, cəmiyyətda narahatlığın yaradılması müəyyən qüvvələrin əməli ola bilər.

Azərbaycanda qiymət artımı ilə məşğul olan qurum Tarif Şurasıdır. Qiymət artımı Tarif Şurası tərəfindən həyata keçirilir və bu zaman bir sıra amillərə – dünya və yerli bazarın vəziyyəti, əhalinin gəlirləri, sosial problemi olan insanların vəziyyəti və s. nəzərə alınır. Bütün bu amillər ətraflı təhlil olunandan sonra müvafiq qərar qəbul edilir. Odur ki, Tarix Şurasının müvafiq qərarı olmadan qiymət artımı ilə bağlı bu cür fikirlərin səsləndirilməsi məntiqli deyil”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button