2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qiymət artımının arxasında Əliyev dayanır

Yumurtanın qiymətindən narahat olan ölkə başçısı, çörəyin qiymətinin qalxmasına niyə susur?

Ölkənin ağır böhranla üz-üzə qalmasının yeganə səbəbi yarıtmaz idarəçilikdir. Normal düşüncəyə malik olan hər bir vətəndaş bu acınacaqlı vəziyyətin izahatını bilir. Amma hökumət ortaya heç bir izahat qoya bilmir. Nə yarıtmazlığı etiraf etməyə qətiyyətləri, nə də biabırçılığa don geyindirmək üçün fantaziyaları var.

Işığın qiyməti qalxdı, ağlabatan izahat verə bilmədilər. Suyun qiyməti qalxdı iqtisadi əsas gətirə bilmədilər. Çörəyin qiyməti qalxdı və daha böyük biabırçılıq oldu. Vətəndaş çörəyi 50 qəpiyə alsa da, rəsmi qurumlar heç bir artımın olmadığını bəyan etdi. Ən yaxşı halda dedilər ki, monitorinq aparılacaq, məlumat veriləcək. Çörəyin artımına izahat tapmamış, ətin qiyməti də qalxdı. Yenə də hökumət komandası susub.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırlayırsızsa, Ilham Əliyev müşavirələrdə süni qiymət artımını həyata keçirənlərə barmaq silkələdi, bu adamları natəmizlikdə qınadı. Bildirdi ki, heç bir artım olmayacaq, işbazlar cəzalandırılacaq. Yumurtanın qiyməti qalxanda isə ölkə başçısı “yumurta müşavirəsi” keçirdi. Bu addımla sübut etmək istədi ki, artımın ona aidiyyatı yoxdur, natəmiz adamlara qarşı barışmazdı.

Bu dəfə isə hökumət imitasiya da etmir. Çörəyin, ətin qiyməti qalxıb, kütləvi narazılıq müşahidə olunur, bu hadisə ölkənin gündəminə çevrilib və hökumət susur.

Konstitusiyaya dəyişikliyə izahat verə bilmədiniz və bunu başa düşdük. Başa düşdük ki, bu miqyasda mürtəceliyə ağıllı izahat vermək mümkün deyil. Heç olmasa çörəyin qiymətinin qalxmasına izahat verilsin. Dünya bazarında buğdanın qiyməti 30 faiz azalıb, Azərbaycanda isə çörəyin qiyməti 25 faiz çoxalıb. Ölkə başçısı bu dəfə də “çörək müşavirəsi” keçirsin və bu analoqsuz iqtisadi vəziyyətin izahatını versin.

Amma belə bir tərpəniş müşahidə edilmir. Ətin, çörəyin qiymətini qaldıranlara barmaq silkələyən yoxdur. Çünki, bu dəfəki artımın arxasında hökumət özü dayanır. Ölkədən valyuta çıxışının qarşısını almaq üçün idxala məhdudiyyət qoyulub və bu da daxildə qiymət artımını zərurətə çevirir.

Bir sözlə, Ilham Əliyev yumurta artımından bixəbər olduğunu gizlətməyə cəhd etsə də, daha mühüm bir məhsulun artımına səssiz qalıb. Deməli, bu dəfəki “sürpriz”in arxasında Əliyev özü dayanır.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button