2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

‘Qiymət kağızını qoyursan 10 dəqiqədən sonra yenə giymət dəyişimi gəlir…’

Ayrı-ayrı alıcılar Azadlıq Rdiosuna bildiriblər ki, son günlər bəzi növ yağın qiyməti 2 manata yaxın, toyuq və toyuq əti məhsulları 1,5 manat, pomidor isə 2 dəfəyə yaxın bahalaşıb.

Bəs görəsən bu qiymət artımı nə ilə bağlıdır?

Rəsmi rəqəmlər…

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Statistika Komitəsi-nin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müayisədə 4,8 faiz bahalaşma baş verib. Qurum qeyd edir ki, ərzaq məhsulları, içkilər, tütün məmulatları üzrə qiymət artımı 5,4 , qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 4,2 faiz olub. Avqust ayında iyulla müqayisədə 0,5 , 2020-ci ilin avqustu ilə müqayisədə isə 6,7 faiz bahalaşma baş verdiyi vurğulanır.

“Yazıq personal necə çatdırıb dəyişsin?”

Market şəbəkələrinin birinin əməkdaşı isə “Turan” agentliyinə bildirib ki, qiymətlər hər gün artır:

«Qiymət kağızını qoyursan 10 dəqiqədən sonra yenə giymət dəyişimi gəlir. Artıq çatdıra bilmədiyin üçün bəzi malların üzərində köhnə giymətlər qalır, sonra müştəri gəlib kassada dava salır. Müştərilərə deyirik ki, bizlik bir şey yoxdur, günə 2 qiymət dəyişimi gəlir, yazıq personal necə çatdırıb dəyişsin? ».

“Daima monitorinqlər aparılır”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti-ndən isə “Turan” Agentliyinə deyilib ki, ərzaq satış nöqtələrində əsassız qiymət artımının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə daima monitorinqlər aparılır:

«Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır. Əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlər aşkar edilərsə, sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görülür. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilir».

“Qiymətlərin bahalaşması artıq qar uçqunu effekti alıb”

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda qiymətlərin bahalaşması tendensiyası artıq qar uçqunu effekti alıb:

«Yəni, ilin əvvəlindən başlayan proseslərin artıq alqoritmi elə qurulub ki, bahalaşmanı dayandırmaq üçün daha ciddi addımların atılmasına ehtiyac var».

Onun sözlərinə görə, ilin əvvəlində dizel yanacağının ( 30 faizdən çox) və benzinin ( 10 faiz) bahalaşması, həmçinin koronavirus pandemiyası ilə bağlı dünyada gedən ərzaq inflyasiyasının yüksəlməsi indiki qiymət artımını gətirməyə bilməzdi:

«İstənilən halda bu qiymət artımı baş verməli idi».

İqtisadçının fikrincə, Azərbaycanın özünə məxsus bir spesifik xüsusiyyətləri də var:

«Bu, idxal inhisarçılığıdır. Çünki topdansatış bazarında inhisarçılıq hələ də mövcüddur. İstər yerli istehsal olsun, burada bir neçə iri holdinqlər yerli istehsala başçılıq edirlər, başqa xırda, orta oyunçular yoxdur, istərsə də idxal olsun, burada da yalnız bir neçə iri şirkətlər bu işlə məşğuldurlar. Xırda oyunçuların hələ də bazara giriş imkanı yoxdur deyə, rəqabət mühiti ilə bağlı ciddi problem var».

Onun sğzlərinə görə, daha bir məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti ilk baxışdan normal və doğru qərar olan iqtisadiyyatının ağardılması ilə bağlı tədbirlər görməyə başlayıb: «Yəni vergi ödənişləri və gömrük rüsumlarının ödənişləri ağardılmağa başladıldı. Amma bu ağarma nəticə etibarilə maya dəyərinin yüksəlməsinə səbəb oldu. Çünki paralel olaraq nə vergilər, nə də gömrük rüsumları aşağı salındı. Nəticə etibarilə qiymət artımı baş verdi».

“Hökümət dizel yanacağının qiymətlərini aşağı salsa,…”

N.Cəfərli vurğulayıb ki, qısa zamanda bunun qarşısını almaq olmaz:

«Təbii ki, hökümət dizel yanacağının qiymətlərini yenidən aşağı salsa, rəqabətli mühiti gücləndirsə, gömrük və vergi rüsumlarını aşağı salsa bu, qiymətlərə təsir edə bilər. Amma indiki şəraitdə bu mümkünsüz görünür. Yeni il qabağı isə yeni çox təsirli qiymət artımının dalğasını görəcəyik».

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button