2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Qiymətləri bu şəkildə artırmaq prezidentə sataşmaq deməkdir”

Hafiz Hacıyev: “Bu, həm də xalqı ələ salmaq, onun heysiyyatı ilə oynamaqdır”

 

Saytların yığılması Saytlarin yigilmasi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 24saat.org-a açıqlamasında “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin qalxmasına münasibət bildirib. Partiya sədri baş verənləri bəzi məmurların ölkə başçısına sataşmaq, habelə ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdi kimi dəyərləndirib:
“Bu artımın heç bir əsası yoxdur. Azərbaycan neft ölkəsidir. Bizdə neft ucuz olmalıdır. Lakin çox təəssüf ki, bu sahəyə baxan insanlar günbəgün qiymətləri qaldırır. Təsəvvür edin ki, prezident sahibkarlarla müşavirə keçirir. Müşavirə gedən zaman unun qiyumətini 1,2 manat qaldırırlar. Bu, prezidentə sataşmaq deməkdir. Bu o deməkdir ki, sənin nə deməyinin bir əhəmiyyəti yoxdur, biz öz bildiyimizi edirik.
Neftin qiymətinin qaldırılması əsassızdır. Benzinin qiymətinin artırılmasına ehtiyac yoxdur. Dünyada neft ucuzlaşır. Azərbaycan neftini satmağa yer axtarır. Amma daxili bazarda nefti baha qiymətə satır. Bu sahəyə baxan insanlar vəziyyəti gərginləşdirməkdən ötrü bütün vasitələrə əl atırlar. Düşünürəm ki, bu, yolverilməz haldır. Bu xalqı ələ salmaq, onun heysiyyatı ilə oynamaq deməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button