2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qız evində toydur, oğlan evində… “Sovetski” ətrafında nə baş verir? – FOTOLAR

Bakının Yasamal rayonu, Mərkəzi Parkın yaxınlığında, əvvəllər “Sovetski” kimi tanınan ərazidə yeni elit binalar kompleksinin tikintisi planlaşdırılır.

Məlumata görə, tikinti işləri geniş ərazini – şərqdə Şıxəli Qurbanov küçəsindən (Nizami metrosu) qərbdə Abdulla Şaiq küçəsinə qədər, cənubda Süleyman Rəhimov küçəsindən şimalda Fuad İbrahimbəyov küçəsinə qədər olan ərazini əhatə edəcək.

Ümumi tikinti sahəsi 606 min kvadratmetr olacaq. Layihəni adı açıqlanmayan özəl şirkətlərdən biri həyata keçirəcək. Layihə çərçivəsində on minlərlə “Sovetski” sakininin köçürülməsi və məskunlaşdırılması planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Layihə çərçivəsində 24 hündürmərtəbəli yaşayış kompleksi və 8 azmərtəbəli bina tikiləcək.

Layihəyə münasibət bildirmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluna müraciət edilib.

O, bildirib ki, bu layihəni həyata keçirmək niyyətilə bağlı Dövlət Komitəsinə heç bir rəsmi müraciət daxil olmayıb.

Həmçinin, məlum olub ki, hazırda təqdim olunan layihə köhnə “Sovetski”nin yeniqurulması ilə bağlı özəl tikinti şirkəti tərəfindən hazırlanmış konsepsiyadır və dövlət qurumlarında layihənin maliyyələşdirilməsi və təsdiqi məsələləri həll olunana qədər onun həyata keçirilməsindən danışmaq hələ tezdir. (Caliber)

The post Qız evində toydur, oğlan evində… “Sovetski” ətrafında nə baş verir? – FOTOLAR appeared first on 24 saat.

24 saat” “Qız evində toydur, oğlan evində… “Sovetski” ətrafında nə baş verir? – FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button