2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qızıl top”un sahibi məlum olub

“France Football” dərgisinin dünyanın ən yaxşı oyunçusuna verdiyi “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən 173 jurnalist arasında aparılan səsverməyə əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, K.Ronaldo bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real”al Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, bu ildən etibarən “France football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button