Loading...
Loading...
İqtisadiyyat

Qızılın sürətli bahalaşması davam edir

BREXIT xəbəri dünya maliyyə bazarlarında şok yaşatdığı üçün qızıla olan tələb artmış və nəticədə, qızılın bir unsiya qiyməti təkcə cümə günü 9% bahalaşıb.

İnvestAz İnvestisiya şirkətinin yaydığı məlumata görə,  hazırda, dünya əmtəə birjalarında 1322$-dan qismən baha təklif edilən qızılın bir unsiya qiyməti daha da bahalaşa bilər. Böhran dövrlərində ehtiyat yatırım aləti sayılan, qızılın qiyməti cümə günü 1357$-a kimi bahalaşdıqdan sonra 1306$-a kimi qismən ucuzlaşıb.

Sonuncu ucuzlaşmanı korrektiv dalğa kimi qiymətləndirən analitiklərin fikrincə, bir unsiya üzrə qiymət qısa müddət ərzində 1375$ və 1390$-a kimi dəyər qazana bilər.

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma
Back to top button