ÖLKƏ

Qızıma mənə görə şiddət göstərilib

ADR sədri Qubad Ibadoğlu seçki günü məntəqədə zorakılığa məruz qalmış qızı ilə bağlı fb səhifəsində fikirlərini bölüşüb.

Təqdim etdiyim video kadrlardan gördüyünüz kimi Jalə ölümdən dönüb, əvvəl boğulub, sonra sürüdülüb. O Bakıda yenidən həkim müayinəsindən keçib, beyin sirkələnməsi var, başında ağrılar davam edir, müalicəsi davam edir.
Bildirmək istərdim ki, bu məsələnin ictimailəşməsində ən azı 4 səbəbə görə maraqlıyam.
Birincisi, gələcəkdə sizin də övladlarımızın başına gələ biləcək bu cür vəhşiliyin qarşısını indidən ala bilək. Cəzasızlığın hökm sürdüyü ölkədə bu cür hadisələrdən Azərbaycanda heç kəs sığortalanmayıb. Bu gün bu rejimin qurbanı Jalə, sabah Lalə, bürüsü gün Kəmalə olacaq. Biz bu qanunsuzluğa son qoymalıyıq. Əgər Jaləni seçki məntəsində onlarla adamın gözü qarşısında bu hala salıblarsa, görün “səlahiyyət sahibləri” başqa yerlərdə nələr edə bilərlər.
İkincisi, istəyirəm ki, biləsiniz ki bizim mənəvi və əxlaqı sağlam, ailədə şiddət görməyən ağıllı və dürüst böyütdüyümüz övladlar belə cəmiyyətdə yaşaya bilmirlər və bilməyəcəklər, sizlər də ondan nəticə çıxarın və vətəndaş mövqeyi qoyun, fəal olun ki, bu rejimi dəyişək, onu islah etmək mümkün deyil. Bu rejim düzələn deyil.
Üçüncüsü, Jalə nümunəsindən gənclər də, valideynlər də örnək götürməlidir. Qızım ora gedəndə orda nələr ola biləcəyini mən bilməmiş deyildim. Amma qarşısını almadım, çünki başqalarına rəva bildiyimi övladıma da bildim. Hesab edirəm ki, Jalə həmin günü seçki məntəqələrində təzyiqə və şiddətə məruz qalan yüzlərlə gənclərdən biridir, sadəcə ona mənə görə daha çox şiddət göstəriblər.
Dördüncüsü, baş verənləri kənardan izləmək bir ata kimi mənə ağırdır, çox ağırdır. ABŞ-da olduğum üçün əlim heç kimə çatmır. Odur sizin dəstəyinizə ehtiyacım daha çoxdur. Həmrəyliyinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, biz bu hadisənin sonadək araşdırılıb, günahkarların cəzalandırılmasına nail olmadan susmalı deyilik.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close