2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qızın anası: “Məsələ hökumətimizin nəzarəti altındadır”

“Beyləqan məktəbindəki zorlama hadisəsindən sonra valideynlər qızlarını həmin məktəbdən çıxarır”
Meydan TV-yə bu barədə kənd sakinləri məlumat veriblər. Onlar məktəbə inamlarının qalmadığını bildiriblər:
“Hadisə ilə bağlı yazı hazırlanandan sonra əl-ayağa düşüblər. Dünən İcra Hakimiyyəti nümayəndələri məktəbə gəlib.  Bir nəfər müəllimi direktor seçiblər. Həmin müəllim o kəsdir ki, olay məhz onun dərsində baş verib. Qar yağan gün olub. Uşaqlara “evə gedin, soyuqdu”, – deyib. Özü isə onlardan öncə çıxıb. O gedəndən sonra isə bu olay baş verib. İndi həmin müəllimin direktor seçilməsi nə dərəcədə doğrudur? Halbuki, o, dərsini keçsəydi, bu hadisə baş verməyəcəkdi”.
“Yiyəsi yoxdur də bu Beyləqanın”
Kənd sakinləri həmin müəllimin direktor qoyulmasını saymazlıq adlandırırlar:
“Yəni deyirlər, bizim vecimizə deyilsiniz, ay kənd sakinləri. Gedin, işinizlə məşğul olun. Biz hadisənin şokundan çıxmamış, digər sürprizlə qarşılaşdıq. Nə etmək istədikləri aydındır. Həmin adamın direktor seçilməsi müəllimləri susduracaq. O gün dərsin boş olduğunu kimsə dilə gətirməyəcək. Yiyəsi yoxdur də bu Beyləqanın”.
Meydan TV qızın ailəsi ilə əlaqə saxlayıb. Anası bildirib ki, hazırda iş araşdırılır, istintaq gedir:
“Bizə görə narahat olmayın. Məsələ hökumətimizin nəzarəti altındadır. Bizim üçün hər şey edirlər”.
“Təcavüzə görə 4 nəfər həbs edilib”
Beyləqanın deputatı Şahin İsmayılov da məsələyə fikir bildirib. O, “modern.az”-a faktı təsdiqləyib və təcavüzə görə 4 nəfərin həbs edildiyini söyləyib:
“Buna görə təəssüflənirəm. Harada baş verməsindən asılı olmayaraq, bu, yaxşı hal deyil. Ancaq bu hadisə yaşanıb. Fakta görə cinayət işi açılıb, istintaq gedir”.
Şahin İsmayılov həbs edilən 4 nəfərdən 2-nin qızın sinif yoldaşı, digər 2 nəfərinsə məktəblə əlaqəsi olmayan şəxslər olduğunu deyib:
“Həmin 2 nəfər (20-21 yaşlı oğlanlar) həbs edilib, digər 2 nəfərsə (qızın sinif yoldaşları) azyaşlı olduqlarından sərbəst buraxılıblar. Sərbəst buraxılan 2 nəfər polis nəzarət altındadır”
“Rayonda həmin ailələrə müəyyən basqılar var”
Qızın valideynlərinin Beyləqanı tərk etməsinə gəlincə, deputat bu məlumatın əsassız olduğunu söyləyib:  “Onlar evlərindədirlər və polis əməkdaşları ilə daim əlaqədədirlər. Valideynlər öz övladlarından imtina etməyib. Sadəcə rayonda həmin ailələrə müəyyən basqılar var”.
Ş. İsmayılov hadisənin məktəbdən kənarda baş verdiyini deyib. Bildirib ki, bu, ilk deyil, bir neçə dəfə olub:  “Sonuncu hal isə məktəbdən kənarda baş verib. 1-2 günün işi deyil. Həmin şəxslər uzun müddət qızı şantaj ediblər. İstintaq davam etdiyi üçün ətraflı məlumat verə bilmirəm. Hadisə Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Beyləqan rayon Təhsil Şöbəsi və Polis İdarəsinin nəzarətindədir”.
 
“Belə problemlərin kökünə getmək lazımdır”
Deputat belə problemlərin kökünə getmək lazım olduğunu da deyib. Bildirib ki, məktəblərdə psixoloq işinin təkmilləşdirilməsinə ehtiyac var:
“Üzücüdür. Bunların qarşısını almaq üçün mübarizə aparmalıyıq. Hesab edirəm ki, məktəblərdə fəaliyyət göstərən valideyn komitələrinin də işi təkmilləşdirilməlidir ki, biz bu hadisələri yaşamayaq. Mətbuatın üzərinə də məsuliyyət düşür. Bəzi qeyri-ciddi mətbuat orqanları hər eşitdiklərini, öz təxəyyüllərini yazır və bu da yersiz ajiotaja səbəb olur. Nəzərə alın ki, o qızın gələcəyi var. Məsələyə həssas yanaşılmalıdır”.
Təcavüzə məruz qalan qız 11-ci sinif şagirdidir. Onun 17 yaşı var. Deputat isə qızın həbs edilən 2 nəfər sinif yoldaşının 14 yaşında olduqları üçün azyaşlı sayıldıqlarını, buna görə də sərbəst buraxıldıqlarını söyləyir.
“O qızın yaxasının düyməsi belə açılmayıb”
Meydan TV-yə açıqlamasında olayda adı hallanan oğlan və qızın məktəbdən qovulduğunu deyən Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova yazı yayımlandıqdan sonra “aznews.az”-a fərqli fikir bildirib. O, qızın utandığından məktəbə gəlmədiyini, oğlanı isə araşdırma səbəbindən məktəbə buraxmadığını deyib. Bundan başqa, qızın atasının düşmənləri tərəfindən şərləndiyini söyləyib:
“Yalandır, camaatın qızına şər atırlar. Orda zorlanma hadisəsi olmayıb. İnanın səmimiyyətimə, şagirdin yaxası belə açılmayıb. Hamımızın balası var. Öpüşmək zorakılıq hadisəsidir? Öpüşmək cinsi əlaqədə olmaq deməkdir? Mən videonu görməmişəm. Nə video? Belə bir şey yoxdur. Bu, çox səhv addımdır. Əlbəttə ki, hamı məktəbə öpüşməyə deyil, təhsil almağa gəlir. Biz Təhsil Nazirliyinə və Beyləqan Rayon Polis şöbəsinə yazılı şəkildə məlumat vermişik.
Bu hadisə qızın atasının düşmənləri tərəfindən şişirdilib. Gənclər bir-birini sevirmiş. Dərs başa çatandan sonra bunlar qapını örtüb sinif otağında öpüşüb. Şagirdlərdən biri qəfil qapını açıb və onların öpüşdüyünü, qucaqlaşdığını görüb. Həmin şahid də qızın atasını istəməyən tərəfin birinin övladıdır. O, bu hadisəni gedib evdə deyib. Onun atası da bundan sonra hadisəni rayonla bir edib. İstədim ki, həmin şagirdin atası cəzalandırılsın, axı, uşağa şər atmaq olmaz. Bu səbəbdən də polisə üz tutdum”.
 “Cinayət məsuliyyətinə cəlb olunmaq üçün 14 yaş kifayətdir”
Hüquqşünas Yalçın İmanov da deyir ki, cinayət məsuliyyətinə cəlb edilməyə görə yaş həddi mövcuddur. Həmin normaya görə, cinayət törətmiş 16 yaşlı şəxs məsuliyyətə cəlb edilir. Ancaq bəzi cinayətlərdə istisnalar var. Burada yaş həddi 14-dən başlayır:
“Bunlar qəsdən adam öldürmə, sağlamlığa zərər vurma, adam oğurlama, terrorçuluq, girov götürmə, oğurluq, quldurluq, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri və sairdir. Bu hadisədə söhbət zorakılıqdan gedir. Belə olan halda, həmin şəxslər sərbəst buraxılmamalı, həbs edilməli idi. Yaşı əsaslandırıb sərbəst buraxılma qanunsuzdur. Cinayət məsuliyyətinə cəlb olunmaq üçün 14 yaş kifayətdir”.
“İstər məktəbdə olsun, istərsə kənarda, bu, işi yüngülləşdirmir”
Hadisənin məktəbdən kənarda baş verməsinə gəlincə, Yalçın İmanov deyir ki, istər məktəbdə olsun, istərsə kənarda, bu, işi yüngülləşdirmir:
“Görünür, rəhbərlik məktəbin adının hallanmasını istəmir deyə, hadisənin kənarda baş verdiyini söyləyir. Bu, yüngülləşdirici hal deyil”.
Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğrayıb. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib.
Meydan TV-yə məlumatı adının açıqlanmasını istəməyən mənbə vermişdi. O, A.Z.-nın təhdid edildiyi videogörüntüləri də göndərmişdi. Bildirirdi ki, video ilə təhdid edilən qız 20-dək şəxsin cinsi təcavüzünə məruz qoyulub.
Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Hadisə sinif otağında baş verir. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, – deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button