2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qızları qəsdən eybəcərləşdirən tayfa – FOTOLAR

Myanmanın dağlıq bölgələrindən birində, yüksəklikdə “çin” adlı tayfa yaşayır.
Bu tayfanın ənənələri arasında çox qəddar bir adət var.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, bu adətə uyğun olaraq “çin”dəki qızlar 12-14 yaşlarına çatanda onların üzləri döymələrlə örtülür, qulaqlarına da taxta kəsiyi taxılır. Çinli qızlar bu minvalla bilərəkdən eybəcərləşdirilirlər.
Çin tayfasının əfsanələrinə görə, adət tayfadakı qızları qorumaq istəyi ilə bağlıdır. Çox qədimlərdə yerli hökmdar tayfanın qızlarını saraya apararaq cariyə etmək istəyib. Çin kişiləri də qızları qorumaq üçün onların üzlərini döymələrlə eybəcərləşdirməyə, qulaqlarına taxta taxaraq onları sallaqqulaq etməyə qərar veriblər.
Adət 1980-ci illərədək, hakimiyyət bu eybəcər ənənəni yasaqlayanadək davam edir. Lakin tayfadakı yaşlı qadınların hamısı üzü döyməli, qulaqları da sallaqdır.
Fotoqraf De Han Lin tayfanın yaşadığı bölgəyə yollanaraq çinli qadınların fotolarından ibarət seriya hazırlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button