2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Qlobal çip böhranına növbəti zərbə bu ölkədən gəldi

Tamara Mustafayeva, Banco.az

Malayziya hazırda davam etməkdə olan qlobal çip böhranına növbəti zərbəni vurub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Malayziyanın yarımkeçirici istehsalçısı “Unisem Bhd.” şirkəti zavodlarından birini 7 gün müddətinə bağlayacağını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkət koronavirusa yoluxma sayında artım baş verməsinin qarşısını almaq və işçilərinin sayını azaltmaq üçün ölkənin qərbində yerləşən Perak ştatındakı zavodda 15 sentyabr tarixinədək istehsalı dayandıracaq. Bu isə, öz növbəsində hazırda çip böhranı ilə mübarizə aparan avtomobil sektoru başda olmaqla, bir çox sektor üçün yeni problem deməkdir.

Xatırladaq ki, “Unisem” gəlirinin təqribən 12%-ni avtomobil sektorundan, 30%-ni isə istehlakçı seqmentindən əldə edir. Sözügedən zavodun müvəqqəti bağlanmasının belə illik istehsal həcmində 2%-lik defisit yaradacağı proqnozlaşdırılır.

Qeyd edək ki, şirkətin səhmləri bu il 38% bahalaşmışdı.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button